Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Zelenski Lukaşenkonu hədələdi - “Lazım gələrsə, cavab verəcəyik!”

Tarix 02.05.26, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Belarusun Ukrayna ilə sərhəddə “müəyyən fəaliyyəti” müşahidə olunur.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün sosial şəbəkədəki videomüraciətində bəyan edib. O, Ukraynanın bu prosesi yaxından izlədiyini vurğulayıb.

"Biz hər şeyi yaxından izləyirik, hər şeyi izləyirik və lazım gələrsə, cavab verəcəyik. Ukrayna öz xalqını və suverenliyini müdafiə etməyə hazırdır və Ukraynaya qarşı hər hansı bir təcavüzkar fəaliyyətə cəlb olunan hər kəs bunu başa düşməlidir", - deyə Prezident bildirib.
Ətraflı
Ad - 00:08

Zelenski Belarusun “müəyyən fəaliyyətinin” təfərrüatları barədə ətraflı məlumat verməyib.

Bundan öncə, 23 apreldə Zelenski Rusiyanın Belarusu Ukrayna ilə bağlı "xəstə və fantastik ideyalarına" cəlb edə bilməyəcəyinə ümid etdiyini demişdi: "Belarusdan hücum təhlükəsinə gəldikdə, baxın, rusların bir çox fərqli xəstə və fantastik ideyaları var. Buna görə də, mən həqiqətən istəmirəm ki, Belarus bu fantastik ideyalara cəlb olunsun və onları dəhşətli reallığa çevirsin".

17 apreldə isə Zelenski kəşfiyyat məlumatlarına istinadla demişdi ki, Belarusun sərhəd bölgəsində Ukrayna ərazisinə gedən yollar salınır və artilleriya mövqeləri yaradılır.



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap