“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Umid Abuzərlinin ağ yalanı və prezidentə “SƏDAQƏTİ”…

Tarix 06.02.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Mənimsədikləri pullara görə prezidentə borclu olduqlarını iddia edən Kərimov qardaşları bu günə qədər bir manat da olsun Qarabağın bərpasına sərf ediblərmi?

Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyada 40 villa alması ilə bağlı xəbər ölkə mediasında yayaımlandıqdan sonra hamı gözləyirdi ki, qalmaqalın qəhrəmanı, sözdə “iş adamı” susacaq və bu susqunluqla da qalmaqalı yatıracaq. Amma belə olmadı, Ümid Abuzərli danışdı və qısa açıqlamasında elə şeylər dedi ki, hər kəsin gözləri bərələ qaldı. 

Açıklama yok.

Abuzərlinin qısa və konkret açıqlamasını olduğu kimi təqdim edirik: “Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.

Öncəliklə qeyd edək ki, bu açıqlama sadəcə yalandan ibarətdir və ilk diqqət çəkən məsələ də odur ki, bir zamanlar Salyanda özünü Roma imperatoru zənn edən, ya da belə bir xəyala sahib olan Tahir Kərimovun oğlu açıq aşkar prezidentin adından zireh kimi istifadə etməyə çalışır və bununla da bir zamanlar SOCAR-dan mənimsənilən çirkli pulları “yumağa” çalışır.  

Abuzərli deyir ki, “Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”. Heç kimə sirr deyil ki, Kərimov qardaşlarının sərvəti Həmzə Kərimovun Ruminyada SOCAR-a rəhbərlik etdiyi dönəmdə yaranıb və bu pullar Azərbaycan xalqına və dövlətinə məxsusdur. Abuzərlinin sözlərindən belə çıxır ki, Eldar Həsənov, Anar Əlizadə və Adnan Əlizadə ilə əlbir olub SOCAR pullarını ona görə mənimsəyiblər ki, Azərbaycan prezidenti İlham Əliyevə xidmət etsinlər. Hətta Kərimov qardaşları buna görə Azərbaycan prezidentinə özlərini borclu da hesab edirlər…

Fotoda Həmzə Kərimov
Açıklama yok.

Maraqlı məntiqdir. Amma Abuzərlinin bu məntiqinin altında əslində korrupsiya yoluyla mənimsənilən pulların mənbəyini gizlətmək məqsədi daşıyır. Tahir Kərimovun oğlu hesab edir ki, ən bayağı şəkildə prezidentə “sədaqət” bəyan etməklə özünü sığortalamış olur və bu halda o artıq məsuliyyətdən kənarda qalır. 

Qeyd edək ki, bu hal ilk dəfə müşahidə olunmur və demək olar ki, bütün məmurlar özlərinin qlobal korrupsiyalarını məhz ölkə prezidentinə “sədaqət” nümayiş etdirməkləvə ona xidmət etdiklərini söyləməklə ört-basdır etməyə çalışıblar. Bəziləri buna nail olsalar da, bəziləri buna görə vəzifələrini və azadlıqlarını itiriblər. Kərimovların taleyinin necə olacağını isə zaman göstərəcək…

Ancaq hər bir halda Ümid Abuzəlinin sadəlövh və uşaqcasına savadsız bir şəkildə verdiyi açıqlamada onun nə qədər böyük yalançı olduğu da bariz ortalıqdadır. Əldə etdikləri sərvəti prezidenti dəstəkləmək məqsədi ilə SOCAR-dan çırpışdırdıqlarını iddia edən Həmzə Kərimov və Ümid Abuzərli bu günə qədər Qarabağın bərpası üçün bir manat xərcləyiblərmi? Əgər Kərimov qardaşları sözü keçən 40 villanı Ruminiyada almasaydılar və bu pullalra Qarabağda yeni istehsal sahələri və iş yerləri açsaydılar, onda Ümid Abuzərlinin də bəyanatı səmimi və inandırıcı olardı və onlar doğrudan da iş adamı kimi görünərdilər. İndiki halda isə Abuzərli boğazdan yuxarı danışaraq sırtıqcasına özünü prezidentin adıyla sığortalamağa çalışır…

Abuzərlinin ikinci ən böyük yalanı isə 25 ildir Ruminyada yaşaması və bizneslə məşğul olması ilə bağlı səsləndirdiyi iddiadır. Əslində bu gülünc bir iddiadır və bu iddianı jurnalistə söyləyərkən Ümid Abuzərli bilməliydi ki, Azərbaycanda jurnalistlərin çoxusu onun uğursuz karyerası haqda məlumatlıdır. Əslində Tahir Kərimovun oğlu belə bir yalanı söyləmklə ibtidai sinif şagirdi səviyyəsində düşündüyünü ortaya qoymuş oldu…

Umid Abuzərli adi hesablama aparsaydı, belə bir ağ yalanın heç bir riyaziyyatla uzlaşmadığını da bilər və prezidentə dəstək və minnətdarlıq ifadəsindən sonra belə bir ağ yalanı dilinə gətirməzdi. Çünki adi riyaziyyat deyir ki, əgər Ümid Abuzaərli 25 il müddətində, yəni 2000-ci ildən başlayaraq Rumuniyada yaşayıb bizneslə məşğul olubsa, indi onun minimum 50-55 yaşı olmalıydı. Amma Abuzərli də, onu tanıyanlar da yaxşı bilir ki, Abuzərlinin heç 35 yaşı belə yoxdur və onun Azərbaycanda təqribən 2019-ci ilə qədər müxtəlif vəzifələrdə (bu barədə artıq çox yazılıb) çalışabsa, o zaman Abuzərli hansı ağılla bu ağ yalanı söyləyib? Yəqin ki, özünü doğrudan iş adamı kimi göstərməyə cəhd edib və etiraf edək ki, uşaqcasına davranıb.

Bəs bu səviyyədə bir zehniyyətə sahib olan bir adam uğurlu iş adamı ola bilərmi? Açığı buna inanmaq çətindir…

Ruminyada alınan 40 villanın pulunun mənbəyinə gəlincə, bu mənbə də gizli deyil. Bu mənbəni öyrənmək üçün Həmzə Kərimovun Anar Əlizadə və Adnan Əhmədzadə ilə bilikdə SOCAR-I necə talan etmələri ilə bağlı yerli mətbuatda dərc olunan yazıları oxumaq kivayətdir…



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap