“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABB Mehdiyevin ailə bankını alır? - “Bank BTB”nin əməkdaşları artıq ABB-də otururlar“

Tarix 04.02.26, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Beynəlxalq Bankı (ABB) son dövrlər problemlərlə üzləşmiş “Bank BTB”ni almaq ərəfəsində olduğu bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də otururlar.

Qeyd edək ki, ötən ilin sonuna olan məlumatlar əsasında mütəxəssislərin apardıqları təhlillər göstərir ki, "Bank BTB" faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.

Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.

"Bank BTB"-nin balansındakı əsas risklərdən biri kredit portfelinin böyük hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsidir. 2025-ci ilin son rübünə olan məlumatlara əsasən, bankın kreditlərinin təxminən 70 faizi ipoteka və daşınmaz əmlakla bağlıdır. Biznes kreditlərinin payı cəmi 14 faizə, istehlak kreditlərinin payı isə 14 faizə yaxındır.

Hesabatlar "Bank BTB"-də ciddi likvidlik uyğunsuzluğunun mövcud olduğunu ortaya qoyub. Bankın aktivlərinin böyük hissəsi beş ildən artıq müddətə verilmiş kreditlərdən ibarətdir, halbuki bu aktivlər əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilib. Bu vəziyyət bankı daimi olaraq əmanətlərin yenilənməsindən asılı vəziyyətə salıb.

Məsələ ilə bağlı Yurd.Media-nın sorğusu "Azərbaycan Beynəlxalq Bankı"nın ictimaiyyətlə əlaqələr bölməsindən nə təsdiq nə təkzib olunmayıb, "Bank BTB"-dən isə ümumiyyətlə suallara cavab verəcək məsul şəxsi tapmaq mümkün olmayıb.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap