“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azalan gəlirlər və artan xərclər ARDNF-in likvidlik mövqeyinə təzyiq yaradır“ - Palata

Tarix 12.01.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


ARDNF-nin proqnozlaşdırılmış 2026-cı il büdcəsi göstərir ki, Fondun nəğd likvidliyə olan ehtiyacı artmaqdadır, xərclərin əhəmiyyətli hissəsinin aktiv satışları hesabına maliyyələşdirilməsi maliyyələşdirmə yükünü daha da artırır və neft qiymətlərində yüksək volatilliklə yanaşı dividendlər üzrə daxilolmaların qeyri-müəyyənliyi Fondun büdcə dayanıqlığı üçün əsas risk faktorları olaraq qalmaqdadır.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, Fondun 2022–2026-cı illər üzrə proqnozlaşdırılmış büdcə dinamikası göstərir ki, həmin dövr üçün ən aşağı ümumi gəlir və karbohidrogen gəliri proqnozu 2026-cı ilə aid olmuş, xərclər isə 2025-ci il istisna olmaqla, ən yüksək səviyyədə 2026-cı il üçün nəzərdə tutulmuşdur. Bu isə Fondun büdcə kəsirinin maliyyələşdirilməsi üçün real pul axınından əlavə aktivlərin daha çox həcmdə realizasiyasına ehtiyac yaranacağına deməyə əsas verib.

Fondun 2025-ci ilin 9 ayı üzrə faktiki icra göstəricilərinə əsasən gəlirlər 13 073,5 mln. manat, xərclər isə 10 917,8 mln. manat təşkil etmişdir. Gəlirlərin tərkibində nəğd vəsaitlərin payı 60% (7 837,7 mln. manat), reallaşdırılmamış gəlirlərin payı isə 40% olmuşdur. 9 aylıq xərclərin 3 080,1 mln. manatlıq (1 811,8 mln. ABŞ dolları) hissəsi nəğd pul axını ilə təmin olunmadığından, bu məbləğ Fondun investisiya portfelindəki aktivlərin satışı hesabına qarşılanmışdır. 2025-ci ilin sonuna gözlənilən icra məlumatına əsasən ilin yekununda xərclərin maliyyələşdirilməsi üçün əlavə olaraq təxminən 4 000,0 mln. manat (2 352,6 mln. ABŞ dolları) həcmində likvid vəsaitə ehtiyac yaranacaq ki, bu isə Fondun son rübdə əlavə 540,8 mln. ABŞ dolları həcmində aktiv satışı həyata keçirməsini zəruri edəcəkdir.

2026-cı il büdcəsində aktivlərin satış ehtiyacı daha yüksək 4 058,8 mln. manat (2 387,5 mln. ABŞ dolları) səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da Fondun likvidlik mövqeyinə və investisiya portfelinin strukturuna əlavə təzyiq yaradan faktorlardandır. Təqdim edilmiş məlumatlara əsasən, gəlir mənbələrindən biri olan “Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər” üzrə 404,4 mln. manat və Razılaşdırma Protokolu üzrə 231,5 mln. manat (136,2 mln. ABŞ dolları) məbləğində ödənişlərin daxil olmama ehtimalı yüksəkdir ki, bu ödənişlərin reallaşmaması Fondun aktiv satış ehtiyacını 4 694,7 mln. manat (2 761,6 mln. ABŞ dolları) səviyyəsinə qədər artıra bilər.



Xəbərin oxunma sayı : 436




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap