“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“P-Aqro” MMC-nin direktoru fermerlərə çatacaq pullarla yoxa çıxıb - Şirkətdən açıqlama

Tarix 07.01.26, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Harda olduğu bilinməyən və ölkədən qaçdığı söylənilən Azər Əlizadə pambıq əkən fermerlərin pulunu vermir...

“P-Aqro” MMC-nin maliyyə şöbəsinin müdiri:“Satışlar dayanıb, borcların nə vaxt ödəniləcəyi bilinmir…”

AzFakt.com xəbər verir ki, bu sözləri “P-Aqro” MMC-nin maliyyə şöbəsinin müdiri bildirib. Şöbə müdiri şirkətin direktoru Azər Əlizadənin də işə çıxmadığını təsdiqləyib və onun harada olduğunu bilmədiyini qeyd edib.

Xatırladaq ki, Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan vətəndaşların pulunu “P-Aqro” MMC şirkəti tərəfindən ödənilmədiyi barədə məlumat vermişdik. Yığdıqları məhsulu “P-Aqro” MMC -nin Beyləqan filialına təhvil verən sahibkarlar, 3 aydan çoxdur ki, şirkətdən borclarını ala bilmirlər. 

Müqavilə şərtlərinə görə məhsulu yığıb təhvil verdikdən sonra, onun pulu 5-10 gün müddətində ödənilməsi nəzərdə tutulsada, “P-Aqro” MMC 100 gündən çoxdur ki, vətəndaşlara olan borcunu ödəmək istəmir. 

Məsələ ilə bağlı “P-Aqro” MMC-nin maliyyə şöbəsinin müdiri Eldəniz adlı şəxslə əlaqə yaratdıq. Maliyyə şöbəsinin müdiri bildirdi ki, hazırda satışlar dayanıb, borcların nə vaxt ödəniləcəyi bilinmir. Şöbə müdirinin sözlərinə görə, Azər Əlizadənin hal-hazırda harda olduğunu da bilmir.

Qeyd edək ki, borcunu ala bilməyən sahibkarların AzFakt.com-a  bildirdiyinə görə, “P-Aqro” MMC-nin Beyləqan filialından sahibkarlara borcların ödənilməsi üçün şirkət rəhbəri Azər Əlizadə ilə əlaqə yaratmağa çalışsaqda əlaqə qura bilmədiklərini qeyd ediblər. Beyləqan filialının  yetkililəri Azər Əlizadənin ölkədən getməsi ilə bağlı söz-söhbətlərin yayıldığını da təsdiqləyiblər.

Məsələ ilə bağlı “P-Aqro” MMC-nin direktoru Azər Əlizadə isə susqunluğunu davam etdirir. Bəzi dedi-qodulara görə isə, bir sıra problemləri olan Azər Əlizadə fermerlərə çatacaq pulları bilinməyən hesaba köçürərək ölkəni tərk edib. Qeyd edək ki, bu şayiələrin nə qədər doğru, ya da yalan olduğunu bilən yoxdur. Amma əgər Azər Əlizadə fermerlərin pullarını mənimsəyibsə, o halda “P-Aqro” MMC-nin maliyyə şöbəsinin müdiri bundan xəbərdardır və onun iştirakı olmadan bu maliyyə əməliyyatının həyata keçirilməsi mümkün deyil.

Mövzu diqqətimizdədir.



Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap