“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Cari ildə ölkədə 544 min ton ət istehsal olunub - STATİSTİKA

Tarix 13.12.25, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu il dekabrın 1-dək ölkə üzrə tarlalardan, qarğıdalı da daxil olmaqla, 3 milyon 339 min ton dənli və dənli paxlalı bitkilər yığılıb. Bu sahədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz artım qeydə alınıb.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 1 milyon 763.2 min ton tərəvəz istehsal olunub ki, bu da illik müqayisədə 3.7 faiz azdır. Meyvə və giləmeyvə istehsalı isə 1 milyon 368.6 min ton təşkil edərək 4.5 faiz artıb.

Eyni zamanda, 924.6 min ton kartof (0.5 faiz artım), 459 min ton bostan məhsulları (6.4 faiz azalma), 345.3 min ton pambıq (42.1 faiz artım), 310.6 min ton şəkər çuğunduru (45.3 faiz artım) və 209.1 min ton üzüm (3.5 faiz artım) yığılıb. Bundan əlavə, 31.8 min ton günəbaxan (2.3 faiz artım), 7.8 min ton tütün (31.1 faiz artım) və 1.2 min ton yaşıl çay yarpağı (12.7 faiz artım) istehsal olunub.

2025-ci ilin yanvar-noyabr aylarında diri çəkidə 544.1 min ton ət, 2 milyon 86 min ton süd, 2 milyard 140.5 milyon ədəd yumurta, 14.6 min ton yun və 186.6 ton barama istehsal edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə yumurta istehsalı 2 faiz, süd istehsalı 0.3 faiz, ət istehsalı 0.1 faiz artıb. Bununla yanaşı, yun istehsalı 1.3 faiz, barama istehsalı isə 22.1 faiz azalıb.

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1.1 faiz artıb. Artım əsasən bitkiçilik məhsulları istehsalında (1.9 faiz) qeydə alınıb, heyvandarlıq məhsulları istehsalı isə 0.4 faiz yüksəlib.



Xəbərin oxunma sayı : 262




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap