“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı - Global Media Group-un rəhbərinin adı Əhmədzadə işində…

Tarix 11.12.25, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Məlumatlara görə hazırda Elnur Abdullayevin Adnan Əlizadə ilə olan geniş əlaqələri araşdırılır…

SOCAR-ın investisiya departamentinin sabiq rəisi, həbsdə olan biznesmen Adnan Əhmədzadənin cinayət işinin fonunda Global Media Group-un rəhbəri Elnur Abdullayevin fəaliyyəti yoxlanılır.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin həbsindən sonra Elnur Abdullayevin davranışları onu hədəfə gətirib. Qeyd edək ki, Elnur Abdullayev Adnan Əhmədzadə ilə yaxın dostluq münasibətində olub və bu dostluq münasibətləri Adnan Əhmədzadənin həbsindən sonra da davam edir. 

Mənbə qeyd edib ki, Adnan Əhmədzadənin həbsi o qədər gözlənilməz olub ki, Elnur Abdullayev ilk günlər baş verənlərə inana bilməyib və hesab edib ki, Adnan Əhmədzadə ən geci bir həftəyə azad olunacaq. Bu üzdən də Azərbaycanın iri və aparıcı internet resurlarını əlində toplayan Elnur Abdullayev dövlətin əsas informasiya resurları olan həmin saytlara Adnan Əhmədzadənin həbsi ilə bağlı rəsmi informasiyaları verməməyi tapşırıb. Hətta Adnan Əhmədzadə məhkəmə tərəfindən 4 ay müddətinə həbs edildikdə belə bu rəsmi məlumatın da ölkənin aparcı media resurslarında dərcini bloklayıb. Həbs qərarını verən bir neçə resursdan isə məlumatın çıxarılmasını əmr edib. Sonradan həmin resurslar informasiyanı yenidən bərpa ediblər.

Mənbə bildirir ki, Abdullayevin Adnan Əhmədzadənin həbsinə bu şəkildə reaksiyası və davranışları hakimiyyət kulislərində demarş kimi qarşılanıb və ona qarşı olan etimadı sıfırlayıb. 

Məlumatlara görə hazırda Elnur Abdullayevin Adnan Əlizadə ilə əlaqələri, o cümlədən media sahəsindəki əlaqələri araşdırılır. Bu araşdırma sonucunda Elnur Abdllayevin saxlanılması da istisna olunmur.

Qeyd edək ki, Elnur Abdullayev 2018-ci ildən Azərbaycanda mediaya qeyri-rəsmi patronajlığı ələ keçirib və hazırda Global Media Group-a rəhbərlik edir. Grup Azərbaycan və Türkiyədə fəaliyyət göstərir ki, bu da ayrıca araşırma mövzusudur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1000




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap