Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“WhatsApp“-da təhlükəsizlik böhranı - 3,5 milyarddan çox nömrə ifşa olundu

Tarix 19.11.25, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən böyük mesajlaşma platformalarından olan "WhatsApp" bu dəfə tarixinin ən ciddi təhlükəsizlik qalmaqallarından biri ilə gündəmdədir. 

Vyana Universitetinin araşdırması nəticəsində tətbiqdəki kritik boşluq səbəbindən 3,5 milyarddan çox telefon nömrəsinin açıq şəkildə əldə oluna bildiyi ortaya çıxıb.

“Kişi tap” funksiyasının limitsiz istifadəsi ilə yaranan boşluq yalnız telefon nömrələrini deyil, milyonlarla istifadəçinin profil şəkillərini və status məlumatlarını da görünən edib.

Tədqiqatçılar bildiriblər ki, "WhatsApp"-da bir nömrəni kontaktlara əlavə etmək əməliyyatı limitsiz şəkildə təkrarlana bilir. Bu isə qısa müddətdə nəhəng bir məlumat bazasının formalaşmasına imkan verib.

Araşdırmada qeyd edilir ki, ilk 30 milyon ABŞ istifadəçisinin nömrəsinə cəmi yarım saata çıxış əldə olunub. Sızan nömrələrin 57%-nin profil şəkilləri, 29%-nin profil açıqlamaları da görüntülənib.

Bu hadisə dünya əhalisinin böyük bir hissəsinin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Araşdırma göstərib ki, təhlükəsizlik problemi 2017-ci ildən "Meta"-nın gündəmində olsa da, şirkət illər boyunca lazımi məhdudiyyətləri tətbiq etməyib.



Xəbərin oxunma sayı : 229




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap