“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Film istehsalı üçün çəkilmiş xərclər... - Hökumət yeni qərar verdi

Tarix 07.07.25, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi üçün əlavə mədəniyyət meyarları müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”nda əksini tapıb .

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsinin maliyyələşdirilməsi üçün aşağıdakı əlavə mədəniyyət meyarları nəzərdə tutulur:

- çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikasının vətəndaşı filmin rejissoru (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

- çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində (çoxseriyalı filmdirsə - hər seriyanın titrlərində) ilk 10 şəxsin arasında adı çəkilməklə) - Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər), filmin ssenaristi, filmin operatoru, filmin əsas musiqisinin bəstəkarı (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

- çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə (filmin titrlərində (çoxseriyalı filmdirsə - hər seriyanın titrlərində) ilk 3 şəxsin arasında adı çəkilməklə) - Azərbaycan Respublikasının vətəndaşları filmin aparıcı aktyoru (azı bir nəfər) (reklam və internet video oyunlarına münasibətdə - bu funksiyaya analoji əhəmiyyətli funksiyaları yerinə yetirən şəxs) kimi filmin çəkiliş qrupunda iştirak etdikdə;

- çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikası Dövlət Gerbinin azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

- çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - Azərbaycan Respublikası Dövlət Bayrağının azı 5 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

- çəkilmiş xərclərin 0,5%-i həcmində geri ödənilmə - “Azərbaycan” adının azı 3 saniyə ərzində kadrda aydın şəkildə görünməsi;

Aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

- adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan nağılından və ya dastanından parçanın Azərbaycan dilində davamlı olaraq azı 30 saniyə ərzində filmdə səsləndirilməsi;

- Azərbaycan Respublikasının və Azərbaycan xalqının tarixinə və mədəniyyətinə aid faktın təhrif edilmədən davamlı olaraq azı 20 saniyə ərzində filmdə səsləndirilməsi və ya azı 10 saniyə ərzində filmdə göstərilməsi;

Aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

- adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan muğamından hissənin orijinal şəkildə davamlı olaraq azı 30 saniyə ərzində filmdə vokal, instrumental və ya vokal instrumental şəklində səsləndirilməsi və ya ifa edilməsi;

- adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq mahnısının Azərbaycan dilində orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda – azı 10 saniyə, video oyunda – azı 20 saniyə) ərzində filmdə səsləndirilməsi;

- adı və Azərbaycanın mədəni irs nümunəsi olması qeyd edilməklə, hər hansı bir Azərbaycan xalq rəqsinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda – azı 10 saniyə, video oyunda – azı 20 saniyə) ərzində filmdə ifa və ya nümayiş edilməsi;

- adı və müəllifləri (ifaçıları olduqda, habelə ifaçıları) qeyd edilməklə, Azərbaycan müəlliflərinə məxsus mətnli və ya mətnsiz vokal, instrumental və ya vokal instrumental musiqi əsərinin orijinal versiyada davamlı olaraq azı 20 saniyə (reklamda – azı 10 saniyə, video oyunda – azı 20 saniyə) ərzində filmdə səsləndirilməsi;

Aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

- adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Qeyri-maddi mədəni irs nümunələrinin Reprezentativ Siyahısı”na və “Təcili qorunmaya ehtiyac olan qeyri-maddi irs nümunələrinin Siyahısı”na daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi;

- adı və mənsubiyyəti qeyd edilməklə, UNESCO-nun “Dünya yaddaşı reyestri”nə Azərbaycan üzrə daxil edilmiş aşağıdakı əlyazmalardan hər hansı birinin davamlı olaraq azı 10 saniyə nümayiş etdirilərək kadrda göstərilməsi və ya barəsində mətnin səsləndirilməsi: “Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları” adı altında 3 əlyazma (Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərləri), “Məhəmməd Füzulinin “Divan”ının surəti”, Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”;

Aşağıdakılardan hər hansı biri olduqda, çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə:

- adı qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş mədəni və təbii irs yerindən hər hansı birinin davamlı olaraq azı 10 saniyə kadrda nümayiş etdirilməsi;

- adı (adları) qeyd edilməklə, Azərbaycanın UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilmiş şəhərlərdən hər hansı birində və ya bir neçəsində azı 3 fərqli nöqtədə çəkilmiş, toplam müddəti 30 saniyə təşkil edən kadrların filmə daxil edilməsi;

- adı və Azərbaycanda olması qeyd edilməklə, Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı abidənin və digər mədəniyyət obyektinin, mədəni landşaftın, təbiət ərazisi və obyektinin, flora və fauna nümunəsinin davamlı olaraq azı 10 saniyə ərzində kadrda görünməsi;

- çəkilmiş xərclərin 2%-i həcmində geri ödənilmə – filmin çəkilişinin azı 3 (üç) gün Azərbaycan Respublikasının bölgələrində və ya bu əlavədə sadalananlardan başqa digər turizm məkanlarında aparılması;

- çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə – Azərbaycan istehsalı olan məhsulların filmdə nümayiş etdirilməsi;

- çəkilmiş xərclərin 1%-i həcmində geri ödənilmə – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının mədəniyyətinə, tarixinə, coğrafiyasına, təbiətinə, elminə və digər sahələrə aid məlumatların filmdə nümayişi;

- çəkilmiş xərclərin 1,5%-i həcmində geri ödənilmə – ümumilikdə azı 10 dəqiqə (reklamda – ümumi reklam çarxının nümayiş etdirilən müddətinin azı ⅙ hissəsi qədər, video oyunda – azı 3 dəqiqə) ərzində ədəbi dildə mətnin səsləndirilməsi.
 



Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap