“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ

Tarix 03.07.25, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə Bəxtiyar Yusifovun kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Bəxtiyar Yusifov küli miqdarda dələduzluq etməkdə və digər cinayətlərdə suçlu bilinərək azadlıqdan məhrum edilib.

O özünü Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim etməklə bir neçə nəfəri aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəxtiyar Yusifov apellyasiya şikayəti verib. O, barəsindəki hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə üz tutub. Ali Məhkəmədə kassasiya şikayəti araşdırılıb və sonda qərar verilib. Qərara görə, şikayət təmin olunmayıb.

İttihama görə, Bəxtiyar Yusifov hazırda iş üzrə zərərçəkmiş qismində keçən şəxslərə özünü Ramiz Zeynalovun xalası oğlu kimi təqdim edib. O, Baş Dövlət Yol Polisi İdarəsinin Rövşən adlı əməkdaşı olduğunu deyib. Geniş əlaqələrinin olduğuna inandırıb. Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və digər vəzifəli şəxslərinin vasitəsi ilə müxtəlif dövlət orqanlarında işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb. Bəxtiyar Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşarı prokurorluq orqanında texniki işə düzəltdirəcəyinə vəd verib. Buna görə ondan ümumilikdə 59 min manat pul alıb. Bir müddət sonra isə Yaşar Mehralıyevin hərbi biletində yararsız qeydini yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini də verib. O, həmin şəxsin ümumilikdə 81 min manat pulunu ələ keçirib. İstintaq orqanı tərəfindən Bəxtiyar Yusifov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.



Xəbərin oxunma sayı : 286




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap