“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dayısını bıçaqladıqdan sonra domino oynamağa gedib - CİNAYƏTİN TƏFƏRRÜATI

Tarix 22.06.25, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Tüfeyli həyat tərzi sürən 19 yaşlı şəxs dayısını bıçaqlayıb. Buna səbəb dayısının ona yaşadığı həyat tərzinə görə irad bildirməsi olub. O, daysısını bıçaqladıqdan sonra domino oynamağa gedib. Polislə onu domino oynadığı yerdə saxlayıblar.

Musavat.com xəbər verir ki, Oruc dayısı Samiri bıçaqlayıb. Oruc tüfeyli həyat tərzi sürdüyü üçün evə getmirmiş. Dayısı onun yanına gələrək niyə evə getmədiyini, anasının narahat olduğunu deyib. Oruc isə onun işinə qarışmamasını tələb edib.

Bu zaman dayısı Oruca “cındır, evə niyə getmirsən” deyib. Oruc dayısını təhqir edərək onunla dava edib.

Dava zamanı Oruc bıçaqla dayısına xəsarət yetirib və hadisə yerindən qaçıb.

Oruc narkotik istifadəçisi olub. Ailəsi onu bu həyatdan xilas etmək üçün iki dəfə reablitasiya mərkəzinə də yerləşdirib. Lakin Oruc bu müalicələrə müsbət yanaşmayıb və tüfeyli həyat tərzini davam etdirib.

Zərərəçəkmiş dayı deyib ki, Orucun hərəkətlərindən bezdikləri üçün ona xəbərdarlıq etməyə gedib:

“Orucun anasını və bacısını öz evimə gətirdim. Oruc evə gəlmirdi, normal həyat yaşamırdı”.

Dayı onu bıçaqlayan Orucu bağışladığını deyib. Oruc isə əməlindən peşman olduğunu deyərək dayısından üzr istəyib.

Məhkəmə Orucu qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə təqsirli ilərək 3 il müddətinə azadlıqdan məhrum edib.



Xəbərin oxunma sayı : 412




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap