“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“ABŞ İrana zərbə endirməyə hazırlaşır“ - Vuçiç

Tarix 21.06.25, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Serbiya prezidenti Aleksandar Vuçiç Yaxın Şərqdə artan gərginlikdən narahatlığını ifadə edərək, ABŞ-ın çox güman ki, İrana zərbə endirməyə hazırlaşdığını deyib. O, həmçinin məsələnin diplomatik yolla həllinə ümid etdiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə Serbiya lideri "TV Prva"nın efirində deyib.

"Artıq çoxlu qüvvələr cəlb olunub. Amerikanın üçüncü təyyarədaşıyan gəmisi bütün kontingenti ilə təkcə Hind okeanına deyil, daha çox - İranın özünə, Fars körfəzinə və Hörmüz boğazına doğru gedir. Ona görə də düşünürəm ki, amerikalılar hücuma hazırlaşırlar, amma ümid edirəm ki, bu, belə olmayacaq. Ümid edirəm ki, bu, təhdid və təzyiqin ən yüksək səviyyəsidir. Hesab edirəm ki, hələlik razılaşma əldə oluna bilər”, - deyə o qeyd edib.

O qeyd edib ki, Avropa sülh yolu ilə nizamlanma təklif etməyə çalışır, lakin Vaşinqtonun onlardan nə dərəcədə razı qaldığına əmin deyil. Onun fikrincə, Yaxın Şərq münaqişəsi qlobal münaqişəyə çevrilə bilər ki, bu da neftin qiymətinin və inflyasiyanın sıçrayışına səbəb ola bilər.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap