“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qadın sahibkarla icra hakimiyyəti arasında gərginlik - VİDEO

Tarix 22.06.25, 8:17

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəy rayonu Aytala kənd sakini Lalə Sultanova ona məxsus 2 "A-Frame" tipli mülkün Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz şəkildə söküldüyünü iddia edir. L.Sultanovanın sözlərinə görə, ona 60 min manatdan çox maddi ziyan dəyib.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən L.Sultanovaya məxsus mülklərin qanunsuz tikili olduğu və bununla bağlı ona dəfələrlə xəbərdarlıq edildiyi bildirilib.

"L.Sultanova meşə fonduna daxil olan və digər vətəndaşlara məxsus pay torpaq sahələrində şəhərsalma və tikinti qaydalarını ciddi surətdə pozmaqla sahibkarlıq məqsədilə özbaşına tikinti işləri aparıb. Həmin işlərin dayandırılması ilə bağlı Lalə xanıma dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, özbaşına tikinti işlərini davam etdirib. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə özbaşına tikinti işlərinin qarşısı alınıb", - deyə qurumdan qeyd olunub.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, hər hansı dövlət qurumu qanunsuz inşa edilmiş evlərin söküntüsünü həyata keçirə bilməz: "Belə hallarda Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə müraciət edilməli, qanunsuz tikilinin müəyyən edilməsi və sökülməsi barədə müvafiq məhkəmə qərarı alınmalıdır. Yalnız bundan sonra sözügedən evlərin söküntüsü həyata keçirilə bilər".

Ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap