|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Hansı ölkənin nə qədər nefti və qazı var? - SİYAHI
Tarix 25.12.22, 10:23 |
|
Son zamanlar “yaşıl” iqtisadiyyatın genişlənməsinə baxmayaraq, hələ də neft Yer kürəsində ən qiymətli resurs olaraq qalır. Təsadüfi deyil ki, dünya enerji istehlakında onun payı 31 faizdir (1970-ci illərin əvvəllərində bu göstərici 45 faiz təşkil edib).
AzFakt.com "Vergilər" qəzetinə istinadən xəbr verir ki, bu, qaz, kömür, həmçinin bərpa olunan enerji mənbələrinin analoji göstəricisindən yüksəkdir.
Dünya üzrə neft ehtiyatları cəmi 1732,4 milyard bareldir. Ondan 1214,7 milyard bareli OPEC, 260 milyard bareli OECD ölkələri, 2,4 milyard bareli isə AB-nin payına düşür.
Dünya neft ehtiyatlarının təxminən 2/3-si, dünya neft hasilatının 35 faizi, dünya neft ixracının isə yarısı OPEC ölkələrinin payına düşür. Bu barədə “BP Statistical Review of World Energy” hesabatında deyilir. Hesabatda digər maraqlı məqamlara da toxunulub.
Neft ehtiyatları
- Neft ehtiyatlarının həcminə görə dünyada lider ölkələr: Venesuela, Səudiyyə Ərəbistanı, Kanada, İran, İraq.
- Neft hasilatına görə dünyada lider ölkələr: ABŞ, Səudiyyə Ərəbistanı, Rusiya, Kanada, İraq.
- Neft ixracına görə dünyada lider ölkələr: Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Kanada, BƏƏ.
- Hazırda neft ehtiyatlarının həcminin qiymətləndirilməsi onun hasilatının texniki imkanlarına uyğun olaraq müəyyənləşdirilir.
- Neft ehtiyatlarının qiymətləndirilməsinin bir neçə təsnifatı mövcuddur. Onlardan ən geniş yayılmış SPE-PRMS – təkcə neft yataqlarının vəziyyətini müəyyənləşdirmir, həm də onun hasil edilməsi effektivliyini hesablamaq imkanı verir. Əgər neft yatağında neftin mövcudluğu təsdiq edilərsə, o zaman onun hasilat mümkünlüyü – 90 faiz, “ehtimal edilərsə” – 50 faiz təşkil edir.
- 1997-ci ildə BMT yer altından çıxarılan enerji və mineral resursların qiymətləndirilməsi üzrə öz təsnifatını (Çərçivə Təsnifatı BMT-2009) təklif edib. Bu universal sistem aşağıdakı meyarlar əsasında qurulur:
layihənin iqtisadi-sosial həyat qabiliyyəti;
yatağın mənimsənilməsi layihəsinin statusu və əsaslandırılması;
geoloji tədqiqat.
Təbii qaz ehtiyatları
- Təbii qaz ekoloji cəhətdən orqanik yanacağın ən təmiz növüdür. Belə ki, təbii qaz yandıqda ondan kömür və ya torfa nisbətən daha az zərərli maddə ayrılır. Dünya enerji istehlakında onun payı 24 faizdir.
- Dünya üzrə təbii qaz ehtiyatları cəmi 188,1 milyard m³-dir. Ondan 20,3 milyard m³ OECD ölkələrinin və 0,4 milyard м3 AB-nin payına düşür.
- Təbii qaz ehtiyatlarının həcminə görə dünyada lider ölkələr: Rusiya, İran, Qətər, Türkmənistan, ABŞ.
- Təbii qaz hasilatına görə dünyada lider ölkələr: ABŞ, Rusiya, İran, Çin, Qətər.
- Təbii qaz ixracına görə dünyada lider ölkələr: Rusiya, ABŞ, Qətər, Norveç, Avstraliya.
Şist neft və qaz ehtiyatları
- Son illər dünyada şist neft bazarı aktiv irəliləyir. Yanar şistin ümumi həcmi 345 milyard barel təşkil edir. Lakin şist neftinin işlənməsi o zaman iqtisadi cəhətdən məqsədəuyğundur ki, təbəqənin (layın) qalınlığı 30 metri keçmir, neftin miqdarı isə şistin bir tonu üzrə 90 litr təşkil edir.
- Şist neft və qazının hasilatının banisi və “şist inqilabı” ideyasını ilk irəli sürən ABŞ sayılır. Bununla da ABŞ həm daxili bazarda yanacağın qiymətini azaldıb, həm də neft və qaz hasilatının ümumi həcmi üzrə dünyada Rusiyanı keçərək karbohidrogenlərin ixracatçısı olub.
- Şist neftin hasilatı üçün ən əlverişli ərazilər ABŞ-da müşahidə olunsa da, ehtiyat həcminə görə dünyada 1-ci yeri (75 milyard barel) Rusiya tutur (2-ci ABŞ, 3-cü Çin, 4-cü Argentina, 5-ci Liviya).
- Şist qaz ehtiyatlarının həcminə görə isə 1-ci yeri Çin tutur (2-ci Argentina, 3-cü Əlcəzair, 4-cü ABŞ, 5-ci Kanada).
- Şist yataqlarının işlənməsi ərazinin ekologiyasında ciddi problemlər yaradır ki, bu da istifadənin qarşısını alan amildir. Eyni zamanda, şist karbohidrogenlərinin hasilat xərcləri ənənəvi neft yataqlarının işlənməsi üzrə maya dəyərini üstələyir. Lakin bu istiqamətin böyük perspektivləri var.
Dünya neft hasilatı üzrə ölkələrin cari reytinqi
- Reytinq OPEC və BP-nin dərc edilmiş illik statistik bülletenlərindəki qiymətləndirmələrə əsasən müəyyənləşdirilir.
- BP-nin reytinqinə görə ən çox neft hasil edən 10 ölkə:
1. ABŞ
Günlük neft hasilatı: 16,585 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 18,5 faiz
Neft ehtiyatları: 68,8 milyard barel (dünyada 9-cu)
Sabit investisiya mühiti və yüksək səviyyədə inkişaf etmiş texnologiyalar ölkədə bitum qumları və şistlər kimi qeyri-ənənəvi mənbələri tətbiq etməyə imkan yaradır. Neft hasilatına görə dünyada 1-ci yerdə olduğuna baxmayaraq, istehlak istehsaldan yüksək olduğuna görə ölkə Meksika və Kanadadan çoxlu xammal idxal edir.
2. Səudiyyə Ərəbistanı
Günlük neft hasilatı: 10,954 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 12,2 faiz
Neft ehtiyatları: 297,5 milyard barel (dünyada 2-ci)
Ölkə iqtisadiyyatı ÜDM-in 45 faizini təşkil edən neft sənayesinə əsaslanır. Büdcə gəlirlərinin 75 faizini və ixracın 90 faizini neft məhsullarının ixracı təşkil edir. SƏ neft ixracı üzrə dünya lideri olmaqla OPEC-də “sabitləşdirici istehsalçı” rolunu oynayır və bununla da dünya neft qiymətlərini tənzimləyir. Ölkənin nəhəng neft və qaz ehtiyatları və buna uyğun mükəmməl emal sənayesi onun güclü tərəfləridir.
3. Rusiya
Günlük neft hasilatı: 10,944 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 12,2 faiz
Neft ehtiyatları: 107,8 milyard barel (dünyada 6-cı)
Neft ixracına görə dünyada 2-ci yer tutur. Ölkədə aparılan neft ehtiyatlarının inventarlaşma nəticələrinə görə onun yalnız 65 faizinin hasilat üçün rentabelli olması təsdiq edilib. Qalan hissənin hasilatı üçün yeni texnologiyaların, xüsusi vergi rejimlərinin tətbiqi lazımdır. Coğrafi çətinliklərə görə ölkədə Uzaq Şərq, Şərqi Sibir və Arktika ərazilərində cəmləşən bütün ehtiyatlardan hələ ki istifadə etmək olmur. Burada yerləşən yataqların mənimsənilməsi kifayət qədər kapital tutumludur.
4. Kanada
Günlük neft hasilatı: 5,429 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 6 faiz
Neft ehtiyatları: 168,1 milyard barel (161,4 milyard barel bitumlu qumlar daxil olmaqla, dünyada 3-cü, BP-nin hesablamalarına görə)
Hazırkı ehtiyatların böyük hissəsi (95 faizdən çox) qeyri-ənənəvi neft növlərindən biri olan bitumlu qumlarda yerləşir. Texnologiyaların təkmilləşdirilməsi nəticəsində ölkə bu ehtiyatlardan faydalana bilər, bununla yanaşı, Arktika dəniz buzlağının azalması nəticəsində də xeyli ehtiyatlar aşkar ediləcək. Bu sahədə perspektivdə vəziyyət çox yaxşıdır.
5. İraq
Günlük neft hasilatı: 4,102 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,6 faiz
Neft ehtiyatları: 145 milyard barel (dünyada 5-ci)
Neft ixracına görə dünyada 3-cüdür, 2010-cu ilin sonunda ölkə neft hasilatına görə liderlər sırasına daxil olmaqla OPEC-in aparıcı üzvü olub. ABŞ-İran münasibətlərindəki gərginlik, İrana ABŞ tərəfindən tətbiq olunan sanksiyalar bazarda ölkə üçün yeni imkanlar yaradır. Ölkə 2024-cü ilədək günlük hasilatı 7,5 milyon barelə çatdırmaq niyyətindədir.
6. Çin
Günlük neft hasilatı: 3,994 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,4 faiz
Neft ehtiyatları: 26 milyard barel (dünyada 13-cü)
Ölkə bu sahədə daim templəri artırmaqla son 50 ildə hər gün ümumdünya neft hasilatının 4-4,5 faizini verir. Lakin güclü iqtisadi inkişaf və nəhəng əhalinin təmin edilməsi üçün bu kifayət deyil. ABŞ kimi Çin də hasil etdiyindən daha çox neft istehlak edir. Neft ehtiyatları isə cəmi 26 milyard bareldir. Amma layların hidravlik kəsimi və digər texnologiyaların tətbiqi ilə ölkə ehtiyatları (şist ehtiyatlar hesabına) gələcəkdə artıra bilər.
7. BƏƏ
Günlük neft hasilatı: 3,668 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4,1 faiz
Neft ehtiyatları: 97,8 milyard barel (dünyada 8-ci)
Ölkənin neft və qaz ixracatında əsas tərəfdaşı Yaponiyadır. Ölkə iqtisadiyyatının əsasını xam neft və qaz hasilatı və ixracı təşkil etsə də, son zamanlar neft hasilatı və emalından gələn gəlirlərin ÜDM-də payı azalmaqdadır. Bu da iqtisadiyyatın diversifikasiyası üzrə hökumətin tədbirləri ilə əlaqədardır. Son zamanlar iqtisadiyyatın digər sektorlarının (tikinti, ticarət, turizm və kənd təsərrüfatı) önəmliliyi artmaqdadır.
8. İran
Günlük neft hasilatı: 3,620 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 4 faiz
Neft ehtiyatları: 157,8 milyard barel (dünyada 4-cü)
Ölkə neftinin böyük hissəsi təmizdir, yəni hasilat mürəkkəb texnologiyaların tətbiqini tələb etmir. Həmçinin İran OPEC-in üzvüdür, bu da ona qiymətlərə nəzarət üzrə bəzi səlahiyyətlər verir. Ölkənin neft ehtiyatları aktiv istehsal üçün hələ 120 il kifayət edər.
9. Braziliya
Günlük neft hasilatı: 2,987 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 3,3 faiz
Neft ehtiyatları: 11,9 milyard barel (dünyada 16-cı)
Ölkə yaxın 10 ildə günlük neft hasilatını 70 faizdən çox artırmaqla 5,3 milyon barelə çatdırmaq niyyətindədir. Bu da ölkənin ixrac potensialının saxlanmasına imkan verəcək.
Son 5 ildir ki, ölkə neftinin əsas istehlakçısı Çindir (neft ixracının 70 faizi onun payına düşür). Güman olunur ki, dünya neft bazarında ölkə Rusiyanı əvəzləyə bilər.
10. Küveyt
Günlük neft hasilatı: 2,741 milyon barel
Günlük ümumdünya neft hasilatında payı: 3 faiz
Neft ehtiyatları: 101,5 milyard barel (dünyada 7-ci)
Ölkədə ÜDM-in 50 faizini, büdcə gəlirlərinin 95 faizini və ixrac gəlirlərinin 95 faizini neft sənayesi təşkil edir. Neft ehtiyatları ölkəyə hələ 120 il kifayət edər. Yüksək texnologiyaların tətbiqi ilə bunu daha da artırmaq olar.
Qeyd: Neft ehtiyatlarına görə dünyada lider (303,8 milyard barel) olan Venesuelanın günlük neft hasilatı cəmi 0,654 milyon barel təşkil edir. Dövlət Energetika Şirkətinin (Petroleos de Venezuela SA - PDVSA) verdiyi məlumata görə ölkə növbəti illərdə bu göstəricini 2, hətta 3 milyon barelə çatdırmaq niyyətindədir.
Dünya təbii qaz hasilatı üzrə ölkələrin cari reytinqi
- Reytinq OPEC və BP-nin dərc edilmiş illik statistik bülletenlərindəki qiymətləndirmələrə əsasən müəyyənləşdirilir.
- BP-nin reytinqinə görə ən çox təbii qaz hasil edən 10 ölkə:
1. ABŞ
İllik qaz hasilatı: 934,2 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 23,1 faiz
Qaz ehtiyatları: 12,6 trilyon m3 (dünyada 5-ci)
2. Rusiya
İllik qaz hasilatı: 701,7 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 17,4 faiz
Qaz ehtiyatları: 37,4 trilyon m3 (dünyada 1-ci)
3. İran
İllik qaz hasilatı: 256,7 milyard m3
İllik ümumdünya qaz hasilatında payı: 6,4 faiz
Qaz ehtiyatları: 32,1 trilyon m³ (dünyada 2-ci)
4. Çin
İllik qaz hasilatı: 209,2 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 5,2 faiz
Qaz ehtiyatları: 8,4 trilyon m³ (dünyada 6-cı)
5. Qətər
İllik qaz hasilatı: 177 milyard
İllik ümumdünya qaz hasilatında payı: 4,4 faiz
Qaz ehtiyatları: 24,7 trilyon m³ (dünyada 3-cü)
6. Kanada
İllik qaz hasilatı: 172,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 4,3 faiz
Qaz ehtiyatları: 2,4 trilyon m³ (dünyada 13-cü)
7. Avstraliya
İllik qaz hasilatı: 147,2 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 3,6 faiz
Qaz ehtiyatları: 2,4 trilyon m³ (dünyada 13-cü)
8. Səudiyyə Ərəbistanı
İllik qaz hasilatı: 117,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,9 faiz
Qaz ehtiyatları: 6 trilyon m³ (dünyada 8-ci)
9. Norveç
İllik qaz hasilatı: 114,3 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,8 faiz
Qaz ehtiyatları: 1,4 trilyon m³ (dünyada 18-ci)
10. Əlcəzair
İllik qaz hasilatı: 100,8 milyard m³
İllik ümumdünya qaz hasilatında payı: 2,5 faiz
Qaz ehtiyatları: 2,3 trilyon m³ (dünyada 14-cü)
Qeyd: Təbii qaz ehtiyatlarına görə dünyada 4-cü (13,6 trilyon m³) olan Türkmənistanın illik qaz hasilatı 79,3 milyard m³ (dünyada 11-ci) təşkil edir.
Xəbərin oxunma sayı : 970
İqtisadiyyat
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV