Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...

Tarix 26.04.24, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


"Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir".

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən təqdimat mərasimində deyib. Vüqar Qurbanov qeyd edib ki, may ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub. İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir. Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb".

Vüqar Qurbanov əlavə edib ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumu şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir.

TƏBİB sədri hər bir tibb müəssisəsində ödəniş terminallarının quraşdırıldığını, ödənişlər terminallar vasitəsilə rahat formada həyata keçirildiyini bildirib.



Xəbərin oxunma sayı : 931




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap