Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib

Tarix 18.04.24, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


"Xalq Bank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

"APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə "Xalq Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artaraq 16 milyon 531 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 11 milyon 214 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 27% artaraq 44 milyon 921 min manat, faiz xərcləri isə 85% artaraq 11 milyon 596 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 10 milyon 280 min manata ( illik müqayisədə 46% çox), qeyri-faiz xərcləri isə 21 milyon 351 min manata ( illik müqayisədə 33% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 22 milyon 254 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10.5% çoxdur.

Bu ilin ilk üç ayı ərzində "Xalq Bank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.5% və ya 45 milyon manat azalaraq 3 milyard 37 milyon manata enib. Cari ilin ilk 3 ayında "Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1,4% və ya 25.7 milyon manat azalaraq 1 milyard 801 milyon manata bərabər olub.

Bu dövrdə "Xalq Bank”ın cəmi öhdəlikləri 2 milyard 576 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.1% və ya 2.1 milyon manat azdır.

Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 0.3% və ya 5.7 milyon manat azalaraq 2 milyard 576 milyon manata enib.

2023-cü il aprel ayının 1-nə "Xalq Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 8.5% və ya 42 milyon 890 min manat azalaraq 461 milyon 384 min manat təşkil edib.



Xəbərin oxunma sayı : 586




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap