Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Neft hasilatı azalıb, qaz hasilatı artıb – “Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür”

Tarix 16.04.24, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


“Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərtinə görə, əmtəəlik neft hasilatı 6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb.

“Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”, - o əlavə edib.

İqtisadçı xatırladır ki, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür: “Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq”.

Deputat vurğulayıb ki, digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir.

“Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”, - milət vəkili qeyd edib.



Xəbərin oxunma sayı : 1141




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap