Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qazaxıstandan soğan idxal ediləcək: Keyfiyyət aşağı, qiymət ucuz

Tarix 06.04.24, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qazaxıstandan soğan idxal edəcək. Sahibkarlar məsələni qıtlıqla əlaqələndirirlər. Nazirlik isə soğan tədarükümüzdə heç bir sıxıntı olmadığını bildirir. 

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib ki, bu il ölkəsi Azərbaycan və Gürcüstanla imzalanmış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək. Soğan ərzaq səbətimizdə ən vacib elementlərdəndir. Hansı ki, onun istehsalı ölkəmizdə geniş yayılıb. Ölkədə soğan əkin sahələrinin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Hətta mövsüm zamanı tonlarla məhsulun sahələrdə qaldığı, alıcısının olmadığı və ya dəyərindən ucuz qiymətə satıldığına dair xəbərlərin də şahidi oluruq. Maraqlıdır, soğanın bol olduğu ölkəyə nə üçün xaricdən məhsul idxal olunur? Öz məhsulumuz daxili tələbatımızı ödəyə bilmir?

“Kaspi” qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.

Təminatımız 100 faiz üzərindədir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən məlumata görə, məhsulun istehsalında heç bir problem mövcud deyil: “Azərbaycan xarici ölkələrdən soğan idxal edir. Amma bu rəqəm çox azdır. Məsələn, keçən il 2380 ton məhsul idxal edilib. Amma 22 min ton da ixrac edilib. Əgər özümüzü təmin edə bilmiriksə, necə ixrac edirik? Dövlət ixrac etmir. Bu prosesi sahibkarlar həyata keçirir. Azərbaycanlı sahibkarlar ötən il Qazaxıstandan soğan idxal etməyib. Azərbaycanın soğanla təmin olunması 100 faiz üzərindədir. Çünki Azərbaycan özü bu məhsulun istehsalı ilə məşğuldur. 108 faiz istehsal göstəricisi də buna sübutdur”.   

İstehsalımız 13 faiz artıb, amma...

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, yerli soğanımız xarab olur, amma biz xaricdən gətiririk: “Öz ehtiyaclarımızı qarşılayacaq gücümüz olsa da, ixrac da həyata keçirilir. Məsələn, keçən il 310 min tondan çox soğan yığılıb. Bu rəqəm 2022-ci illə müqayisədə 13 faiz çoxdur. Fermerlərimiz məhsulun əllərində qaldığını iddia edirlər. Bir tərəfdən də Qazaxıstandan soğan idxal edirik. Amma yerli istehsalçılar məhsullarını sata bilmirlər. Deyirlər ki, məhsul anbarlarda lazımi şəraitdə saxlanılmayıb və xarab olub, keyfiyyət baxımından satışa uyğun deyil. Səlahiyyətli şəxslər də bildirirlər ki, məhsulu düzgün saxlamamısınız, müvafiq anbarlarda soyuducuya yerləşdirməmisiniz”.  

Yerli məhsulları sıxışdırıb çıxarır

İqtisadçının fikrincə, əgər bu sahəni itirmək istəmiriksə, inkişaf etdirməliyik: “Bu sahəyə xüsusi diqqət olsaydı, soğan tədarükçülərinə əldə etdikləri məhsulları saxlamaq üçün müvafiq şərait yaradılardı. Həm əkin-biçin, həm də məhsulun saxlanılması ilə məşğul olmaq kəndli üçün çox çətindir. Yerli məhsul xarab olduğu üçün digər ölkələrdən soğan gətirilir. Qazaxıstandan gələn məhsulların keyfiyyəti aşağıdır, həmçinin qiyməti də ucuzdur. Xarici məhsul bazardan yerli malları sıxışdırıb çıxarır. Belə davam edərsə, artıq kəndlilər bu işlə məşğul olmaq istəməyəcəklər”. 

Əkinçiləri ziyana uğradan iqlim

Sahibkar Eldar Hüseynov fermerlərin yaşadıqlarına aydınlıq gətirib: “Qafqaz ərazisində ən çox soğan sahələri Azərbaycandadır. Soğanı Qətər, İran və digər ölkələrə ixrac edirdik. Amma son dörd il ərzində ixrac etməkdə çətinlik çəkirik. Çünki soğan tədarükü ilə bağlı problemlər yaşayırıq. Bunun da bir neçə səbəbi mövcuddur. Əkinçilərin əksəriyyəti xarici toxumlara üstünlük verirlər. Bu il payız aylarında soğan yığımı başlayan ərəfədə beş gün ardıcıl yağış yağdı. Yağışa qədər məhsullarını yığanlar onu saxlaya bildilər. Amma çatdırıb yığa bilməyən fermerlərin məhsulu torpağın altında qalıb ziyan oldu. Soğan elə bir məhsuldur ki, boğaz hissəsinə su dəydikdə içinə dolur. Bu zaman da avtomatik çürüməyə başlayır. Bəzi şəxslər bu islanmış sortları alıb, yığdılar ki, qışda baha satacaqlar, yaxud ixrac edəcəklər. Amma bu məhsullar da xarab oldu. Çünki hər bir soğanın saxlama müddəti və şəraiti var. Sahibkarların əksəriyyəti qısa müddətə xarab olan süfrə və 3-4 ay ömrü olan sortlar əkmişdi”. 

Əhali üçün müsbət, sahibkar üçün mənfi

E.Hüseynovun sözlərinə görə, bu il Qazaxıstanda soğan bol və ucuz olduğu üçün yaranan qıtlıq bu şəkildə bərpa ediləcək: “Kimlər ki, 7-8 ay saxlama müddəti olan çeşidləri əkmişdi, həmin fermerlər üçün heç bir problem olmadı, məhsulu sata bildilər. Amma onların sayı da çox deyildi. Ona görə ölkəmizdə soğan tədarükündə qıtlıq yaşandı. Bu səbəbdən xarici ölkələrdən gətirməli olduq. Ən münasibi də Qazaxıstan idi. Çünki onlarda bu il soğan boldur. Çox olduğu üçün də ucuzdur. Bu səbəbdən soğanı Qazaxıstandan gətirəcəyik. Amma bu sahibkarlara mənfi təsir edəcək. Əkinçilərlə maarifləndirmə işi aparılmalıdır. Düzgün toxum əkilməsi öyrədilməli, anbar şəraiti qurulmalıdır. İdxalın əhali üçün bir müsbət cəhəti var ki, daxili bazarda qiymətləri aşağı salacaq”. 



Xəbərin oxunma sayı : 880




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap