Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan Avropaya qaz ixracını artırıb – İlk beşlikdə olan ölkəyik

Tarix 09.04.24, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


“2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq 3.2 milyard kub metr olub”.

Bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Avropa ilə yanaşı Türkiyəyə 2,3, Gürcüstana isə 0,9 milyard kub metr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6,4 milyard kub metr olub.

“Azərbaycanda 12.6 milyard kub metr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kub metr çoxdur”, - o, əlavə edib.

İqtisadçı qeyd edib ki, bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixrac edilib.

“Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir”, - deputat vurğulayıb.



Xəbərin oxunma sayı : 1057




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap