“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Nazirliyin əməkdaşları vətəndaşı qanunsuz cərimələyiblər - Məhkəmə qərarı

Tarix 06.12.25, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları vətəndaş barəsində qanunsuz protokol tərtib ediblər.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, idarə əməkdaşları İsmayıllı rayonu ərazisində Ağa Ağayevin qanunsuz ovla məşğul olduğu iddiası ilə ona qarşı 1 000 manat cərimə nəzərdə tutan protokol tərtib ediblər.

İsmayıllı Rayon Məhkəməsi isə araşdırma zamanı vətəndaşın qanunsuz ov etməsini təsdiqləyən heç bir sübutun olmadığını müəyyən edib. İş materiallarında yalnız idarə nümayəndəsi Nərman Çırıyevin təqdim etdiyi videogörüntü mövcud olub. Həmin görüntüdə də Ağa Ağayevin qanunsuz ov etməsi əks olunmayıb.

Nərman Çırıyev məhkəmədə bildirib ki, vətəndaşa yaxınlaşdıqları zaman onlara protokol tərtib edilməməsi üçün "hörmət" təklif edilib.

Məhkəmə sübutları qiymətləndirərək protokolun əsassız olduğunu müəyyənləşdirib və ləğv edib. İdarə bu qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.

Beləliklə, vətəndaş Ağa Ağayev barəsində tərtib edilmiş protokol tam şəkildə etibarsız sayılıb.



Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap