“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nazirlik işçilərinin maaşı artdı - Baş nazirdən qərar

Tarix 18.04.25, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

AzFakt.com xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Həmin qərarla "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, yanvarın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə  Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsinin əməkdaşlarının maaşı 10% artırılıb.



Xəbərin oxunma sayı : 1177




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap