“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT

Tarix 09.07.25, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda özünü vəzifəli şəxs kimi təqdim edərək tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, 41 yaşlı Həsən Niftalıyev dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.

İstintaqla müəyyən edilib ki, Həsən özünü Prezident Administrasiyasının Məktublar şöbəsinin müdiri kimi təqdim edərək qardaşının tanışı olan Eytram adlı şəxsdən 10 min manat pul alıb.

Belə ki, Eytram Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin balansında olmaqla istismar müddəti bitmiş dəmir su borularını alıb satmaqla pul qazanmağı planlaşdırıb. Bu məqsədlə Türkiyədə olan qardaşı ilə danışıb. Qardaşı isə hazırda Türkiyədə onunla birlikdə çalışan Cavid adlı dostunun qardaşı Həsənin ona kömək edə biləcəyini deyib. Eytiramla Həsənin tanışlığı belə yaranıb.

Həsən bu işi həll etmək üçün Eytiramdan 11 min manat pul istəyib. Eytiram da həmin məbləği Türkiyədə olan qardaşından alaraq Həsənə verib. Aylar keçsə də Həsən nə iş görüb, nə də pulu geri qaytarıb. Eytiram pulu geri istəyən zaman Həsən vaxt qazanmaq üçün həmin məbləğlə DTX-da işləyən yüksək vəzifəli şəxsə hədiyyə aldığını deyib.

Aldadıldığını başa düşən Eytiram Həsəndən şikayətçi olub. Şikayətdən sonra Həsən zərəri tam olaraq ödəyib.

Həsən dindirilən zaman Eytiramdan pulu uşağının xəstəliyinə görə borc olaraq aldığını iddia edib və heç bir vəzifədə çalışmadığını deyib. Bildirib ki, fərdi qaydada ustalıqla məşğuldur. 4 uşaq atası olan Həsən barəsində yüngül cəza təyin edilməsini istəyib.

Həsən özünü müdafiə məqsədi ilə ifadə versə də şahid və zərərçəkmiş ifadələri ilə onun əməli sübuta yetirilib. Onun özünü vəzifəli şəxs kimi təqdim etdiyi müəyyən edilib.

Məhkəmə Həsəni törətdiyi dələduzluq əməlində günahkar bilib. Zərərçəkmiş tərəfin şikayətçi olmaması, zərərin ödənilməsi və Həsənin ilk dəfə məsuliyyətə cəlb edilməsi nəzərə alınaraq onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 376




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap