“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər

Tarix 09.07.25, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edir. Bankların təqdim etdiyi nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri, kreditin müddəti və məbləği fərqlidir. 

Modern. az  banklara istinadən xəbər verir ki, nağd pul kreditlərinin məbləği 300 AZN-dən 150 000 AZN-ə qədər dəyişir. Faiz dərəcələri isə minimal 9,5%-dən başlayır və müxtəlif banklarda 18 faizə qədər yüksəlir. Kredit müddətləri 3 aydan 60 aya qədər təklif edilir. Çox sayda bank komissiyasız kredit imkanı təqdim etsə də, bəziləri müəyyən komissiyalar tətbiq edir. Komissiyalar 0-4 faiz arasında dəyişir.

Azərbaycanın müxtəlif banklarında təqdim olunan nağd pul kreditlərinin faiz dərəcələri, komissiya xərcləri və kredit məbləğləri haqqında ətraflı məlumatı təqdim edirik:

Bank

Məbləğ (AZN)

İllik faiz dərəcəsi başlayır

komissiya

küddət (ay)

Azərbaycan Beynəlxalq Bankı

300 – 50 000

10,9 %

0%

3-60

Azər-Türk Bank

300 – 40 000

11%

0-1,5%

3-48

Access Bank

500 – 40 000

10%

0-3%

6-48

AFB Bank

500 – 50 000

10,5%

0%

3-59

Azərbaycan Sənaye Bankı

500 – 30 000

13%

1%

2-36

Bank Avrasiya

500 – 100 000

13%

0-0,5%

12 – 59

Bank BTB

300 – 30 000

18%

0%

3-48

Bank of Baku

500 – 50 000

9,9%

0%

3-59

Bank Respublika

200 – 50 000

10%

1%

3-59

Expressbank

300 – 70 000

11,9%

0-3%

3-59

Kapital Bank

300 – 50 000

10,9%

0%

3-59

Rabitəbank

300 – 30 000

10,5%

0%

3-48

Turan Bank

500 – 50 000

9,9%

0-2%

6-59

Unibank

300 – 50 000

9,5%

0%

3-60

VTB Bank

300 – 50 000

10,49%

0%

6-59

Xalq Bank

500 – 150 000

12%

0,5%

12-59

Yapı Kredi Azərbaycan

300 – 50 000

14%

1,65-2%

3-59

Yelo Bank

400 – 50 000

10,9%

1-3,5%

6-59

Paşa Bank

2 000 – 50 000

11,5%

0-3%

3-48

Ziraat Bank

50 000 AZN-dək

17%

1%

36 ayadək



Azərbaycanda nağd pul kreditləri üzrə faiz dərəcələri ölkənin inflyasiya və iqtisadi vəziyyəti ilə müqayisədə yüksəkdir. Banklar 9,5 faizdən başlayan faizlə kredit təklif etsələr də bəzi banklarda faizlər 18 faizə qədər yüksəlir. Bu, hətta ən aşağı faizlə kredit götürən müştərilər üçün belə ödənilən ümumi məbləğin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Bəzi banklar nağd pul krediti təklif edərkən 0%-3% arasında komissiya haqqı təyin edirlər. Bu isə əlavə maliyyə yükü yaradır və kredit götürən şəxsin xərcləri gözləniləndən daha yüksək ola bilər. Hər nə qədər banklar bu komissiyanı əsaslandırmağa çalışsalar da müştəri üçün "gizli xərclər" olaraq qalır.

Bəzi banklar kampaniyalarla kredit təklif etsələr də, bu kampaniyaların çoxu yalnız böyük məbləğlər üzrə təklif edilir və bu, kiçik ehtiyacları olan şəxslər üçün əlverişli olmur



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap