“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar

Tarix 09.07.25, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan rayonunda sanitariya-gigiyena normalarına və texniki tələblərə tam cavab verən müasir standartlara uyğun ət kəsim məntəqəsinin açılışı keçirilib. 

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, AQTA-nın Mil-Muğan Regional Bölməsinin rəisi Əlizadə Anar, RİH başçısın müavinləri və aparatın şöbə müdirləri, kənd təsərüffatı ilə bağlı sahibkarlar, kənd və qəsəbə icra nümayəndələri, bələdiyyələr və digər şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəsmilər məntəqəyə baxış keçirib, burada yaradılan şəraitlə yerində tanış olub. Rayon rəhbərinə və digər rəsmilərə məntəqədə görülmüş işlər, istifadə olunan texnoloji avadanlıqlar və göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, yeni məntəqə əhalinin sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə ət məhsullarına çıxışını təmin etmək, qanunsuz və nəzarətsiz kəsim hallarının qarşısını almaq məqsədilə inşa olunub. Müasir avadanlıqlarla təchiz olunan məntəqədə həm heyvanların sağlamlıq vəziyyətinin yoxlanılması, həm də kəsim prosesinin texnoloji qaydalara uyğun aparılması üçün bütün zəruri şərait yaradılıb.

Məntəqənin vəziyyəti ilə tanışlıqdan sonra Beyləqan RİH başçısı Əziz Əzizov sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət aparıb, onların fikirlərini dinləyib, təklif və tövsiyələrini qeyd edib. İcra başçısı bu tip müasir obyektlərin istifadəyə verilməsinin rayonda sosial və iqtisadi inkişafın sürətlənməsinə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbirin sonunda sakinlər, o cümlədən sahibkarlar yaradılan şəraitə, göstərilən diqqətə və əhalinin sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.






Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap