“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xanımla videosu yayılan təşkilat rəhbəri şikayətçidir - “Qudurmusuz”

Tarix 07.07.25, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


“Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sabiq sədri məhkəməyə müraciət edərək şərəf və ləyaqətinin alçaldıldığını, təhqir edildiyini bildirib.

Musavat.com xəbər verir ki, 2022-2023-cü ildə təşkilatın sədri olmuş İlham Abbasov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İlham Abbasov təşkilatın üzvü olan Asim Əliyevi məhkəməyə verib. İlham Abbasov şikayətində bildirib ki, Asim Əliyev onun barəsində sosial şəbəkələrdə şər, böhtan xarakterli məlumatlar yayaraq şəxsiyyətini alçaldıb, ictimaiyyət arasında nüfuzdan salıb.

Şikayətçi İlham Abbasov deyib ki, sədr olduğu zaman təşkilat üzvləri ilə rayonlardan birində tədbirdə olublar. Tədbirdən sonra tanışlarının evində gecələyiblər. Həmin gün içki də içiblər.

İlham Abbasovun dediyinə görə, həmin gecə məclisdə olan xanımlardan biri qaçaraq onu qucaqlayıb: “Həmin xanım mənə dedi ki, Asim Əliyev ona qarşı əxlaqsız hərəkət etmək istəyib. Onu qorumağımı istədi. Bunu fürsət bilən Asim Əliyev foto və video çəkərək sonradan mənim əleyhimə yaymağa başladı”.

Həmçinin məhkəməyə təqdim olunmuş materiallarda Asim Əliyevin çıxışlarında Abbasov barəsində “bu reketdir, lotudur”, “utanıb ölmürlər”, “qudurmusuz” ifadələrini işlədib.

Təqsirləndirilən şəxs kimi ifadə verən Asim Əliyev bildirib ki, yayılan video və fotolarla onun heç bir əlaqəsi yoxdur. İddiasına görə həmin məlumatları o yaymayıb.

Asim Əliyev söyləyib ki, İlham Abbasov təşkilatın sədri olan zaman onun barəsində tənqidi fikirlər bildirib, qanunsuz fəaliyyətini ifşa edib.

Məhkəmə belə qənaətə gəlib ki, Asim Əliyevin İlham Abbasov barəsində dediyi fikirlərdə təhqir və böhtan var. Buna görə də onun məsuliyyətə cəlb edlməsi mümkündür.

Hökmə əsasən Asim Əliyev təhqir və böhtan atmaqda təqsirli bilinib. Lakin cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cəza təyin edilməyib.



Xəbərin oxunma sayı : 262




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap