“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir

Tarix 10.07.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyevi məhkəməyə verib. Bu gün keçirilməli olan prosesin qapalı olduğu elan edilib.

Musavat.com xəbər verir ki, məhbus ailələri xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.

Müraciətdə Tarix Əliyevin Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə cəzalandırılmasını istəyirlər.

Məhkəmə hakim Kamal Babayevin sədrliyi ilə keçirilir. Lakin məhkəməyə gələn şəxslər zala buraxılmayıb. Bununla bağlı da heç bir izah verilməyib.

Xatırladaq ki, Tarix Əliyev sosial şəbəkələrdən birindəki çıxışlarında məhbus ailələrini, xüsusilə də siyasi məhbus kimi tanınan şəxslərin ailələrini ağır şəkildə təhqir etmişdi. Onun bu çıxışı ciddi narazılığa və qınağa səbəb olmuşdu.

Qeyd edək ki, bu, Tolikin sosial şəbəkələrdə cəmiyyətin ayrı-ayrı təbəqələrini kütləvi şəkildə təhqir etməsi ilə bağlı ilk hal deyil. Daha əvvəl də MAXE-lər haqqında təhqiredici ifadələr işlətmişdi.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap