Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: “Bir kəlmə də deməyəcəyəm”

Tarix 15.10.25, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər, akademikin ittihamları qəbul edib-etmədiyi də məlum deyil.

AzFakt.com-un məlumatına əsasən, “Yeni Sabah” məsələ ilə bağlı R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. 

Saytın ona ünvanladığı suallar atasının hazırkı vəziyyəti, harada olması və ittihamları qəbul edib-etməməsi barədə olub.

K.Əliyeva sualları dinlədikdən sonra deyib: “Əvvəlcə deyin görüm, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz? Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm”.

Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap