Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO “Hər şey çox yaxşıdır, amma...“ - Renka Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2023

    Səhnədə Tünzalənin alt paltarı göründü - FOTO

  • / Maqazin / — 08 Oktyabr 2023

    Aygün Namiqdən mikrofonu almaq istədi və... - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2023

    “Hər şey çox yaxşıdır, amma...“ - Renka

  • / Maqazin / — 18 Sentyabr 2023

    Rozanın sinə dekoltesi müzakirələrə səbəb oldu - Fotolar

  • / Maqazin / — 12 Sentyabr 2023

    Pərvin mini ətəkdə poz verdi - FOTOLAR

  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

Maşınları dəyərindən ucuz qiymətə satışa çıxardı, beh alıb aradan çıxdı - VİDEO

Tarix 02.10.23, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumat görə, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. 

Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini təqdim edib. Alıcılardan beh aldıqdan sonra isə Zeynalabidin Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. 

Zeynalabidin Məikzadə ümumilikdə 10-dan çox vətəndaşı “turbo.az” sayıtı vasitəsi ilə eyni üsulla aldadaraq zərərçəkənlərin 20000 manata yaxın pulunu ələ keçiib. Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları onun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.




Xəbərin oxunma sayı : 673

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap