| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Həyatında inqilab edən xanım: Xadiməlikdən qırmızı diploma gedən yol
Tarix 14.10.23, 19:13 |
|
O, həyatında inqilab edən xanımlardandır. 25 yaşında, 15 yaşından etibarən ara verdiyi təhsilinə davam edib. Xadimə, uşaq baxıcısı, dükanda gecə növbətçisi, evlərdə təmizlikçi işləyə-işləyə həm ailəsinə dəstək olub, həm də arzuladığı qırmızı diploma sahib olub. Müsahibimiz öz həyat hekayəsi, mübarizliyi ilə təhsil almaq istəyən, "Daha gecdir” deyən hər kəsə, xüsusilə də xanımlara örnək olan Aynurə Səfərovadır.
"Çörəyin dadı hələ damağımdadır”
1990-cı ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub. Uşaqlığı yaddaşında kasıblıq, çətinlik dövrü kimi qalıb. Məhz kasıblığa görə də 9-cu sinifdən təhsilini yarımçıq qoyub: "O illəri unuda bilmirəm. Mən uşaqlıq deyiləndə ancaq aclıq xatırlayıram. O kəndin sakinləri də bilər, çox kasıb idik. Anam cehizlərini satıb un alırdı. 1995-ci ildə yediyim çörəyin dadı hələ damağımdadır. Anam acı mayadan çörək bişirmişdi. Dadı həddindən artıq turş idi, amma evdə heç nə olmadığı üçün yeyirdik. Məsələn, bizim heç vaxt oyuncağımız olmayıb. Palçıqdan qablar düzəldir, onunla oynayırdıq”.
"Qızım, səni oxutmağa maddi gücüm yoxdur”
Aynurə orta məktəbdə oxuduğu dövrlərdə də anasına kömək etmək üçün dərsdən sonra pambıq, günəbaxan sahələrinə gedərmiş. Bununla belə, bacısı ilə birlikdə kənddə "yaxşı oxuyan Səfərova bacıları” kimi tanınıblar: "Nə qədər işləsək də, məktəbdə yaxşı oxuyurduq. Atam hər dəfə valideyn iclasına qürurla gəlirdi. Deyirdi ki, nə olursa-olsun, sizi oxudacağam. Ali təhsilli olmağımız atamın arzusu idi”.
Lakin atasının erkən ölümü çətin həyatlarını daha da çətinləşdirib və Aynurə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb: "Atam traktor sürücüsü idi. Ağsunun bir çox kəndlərinin torpaq sahələrini o şumlayırdı. Amma xəstə idi. Heç vaxt unutmuram, 25 may son zəng günü idi. Anam böyrək həkiminə, atam mədə həkiminə getmişdi. Atam xəstəxanadan gəldikdə gördük ki, ağrıyır. Uşaqlıqda həmişə məni qarnına çıxarır, deyirdi ki, "Qarnımda şar var, o partlayanda mən öləcəyəm”. Düşünürdüm ki, zarafat edir. Son zəng mərasimindən evə gəldik, atam dedi ki, qızım, şar partladı, əmini çağır. Atamı qırmızı taksiylə apardılar, bir də qayıtmadı. Atam öləndə 11 yaşım var idi. 9-cu sinfə qədər çox böyük əziyyətlə gəldik. Nə geyimimiz olurdu, nə də yeməyimiz. Qohumlarımız da kömək etmədi, tək qaldıq. Sonra anam məni məktəbdən çıxardı, Bakıya gəldik. Yadımdadır, məktəbdən çıxanda direktor şəhadətnaməmi vermirdi. Deyirdi ki, "Mən bu şagirdi itirə bilmərəm, aparacaqsınız, oxutmayacaqsınız”. Ümidim var idi ki, şəhadətnaməmi alıb, Bakıda kollecdə oxuyaram. Lakin anam dedi ki, qızım, səni oxutmağa maddi gücüm yoxdur. Məktəblə vidalaşdım və Bakıda işləməyə başladım”.
"10 il sonra təhsil həyatıma başladım”
Anası xadimə, özü isə 15 yaşında Bakıda kisə düzəldilən sexdə işləyir: "Bir həftə gecə, bir həftə gündüz növbəsində işləyirdim. Hələ də əllərimdə oranın izləri var. Sonra quşçuluq fermasında bacılarımla birlikdə həm yaşayır, həm də işləyirdik. 10 il belə işlərdə çalışdım. Daha sonra çox ağır xəstəlik keçirdim, 6 ay xəstəxanada yatdım. Düşünürdüm ki, mən kiməsə pislik etməmişəm, Allah mənə bu xəstəliyi veribsə, mütləq bir səbəbi var. Xəstəxanada bir qızla tanış oldum və təhsil həyatıma başlamaq üçün 10 il sonra özümdə güc tapdım”.
Müsahibimizin palata yoldaşı məktəb qəzetlərindən birində işləyir, yaxşı göstəriciləri olan şagirdlərlə müsahibələr edirmiş. Aynurə də rəfiqəsinə kömək etmək üçün o müsahibələrə yollanıb. Deyir ki, elə bil o xəstəlik mənə şillə kimi dəydi ki, ayıl, artıq təhsil almalısan: "Müsahibə müddətində o uşaqlar danışdıqca, mənə motivasiya verirdi. Düşünürdüm ki, bu uşaqlar bacarırsa, mən də bacararam. 25 yaşım var idi. O qədər həvəslənirdim ki... Evə gəldim, dedim ki, "Ana, mən oxuyacam”. Anam yenə dedi ki, məni oxuda bilməyəcək. Təsəvvür edin, attestatım belə yox idi. Amma fəhləlik etdiyim günlərdə belə, hər dəfə metronun "Elmlər Akademiyası” stansiyasına çatanda, gözlərimi yumurdum ki, bir gün buradan tələbə kimi çıxacağam”.
"Ailə quracaqsan, təhsil almaq yadına düşməyəcək”
Anasının Aynurəni oxutmağa maddi gücü olmasa da, ona mənəvi dəstək olub. İşlədiyi yeməkxananın müdirinin qohumu o vaxtlar Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor olub. Onun istiqamətləndirməsi ilə Aynurə burada təhsilini davam etdirib: "Anam bir illik ixtisas seçməyimi məsləhət gördü. Amma mənim məqsədim universitet olduğu üçün attestat almalı idim. Hətta bir müəllim anamla birlikdə mənə "Bu yaşda nə dərs oxumaq, ailə quracaqsan, təhsil almaq yadına düşməyəcək” dedi. Mənə mane olmamaları üçün ixtisas seçməyə tək getdim və 3 illik Peşə Təhsil Mərkəzinə qəbul oldum”.
"Qrup yoldaşlarımın 15, mənim 25 yaşım var idi”
Ətraflı
2005-ci ildə məktəblə vidalaşan həmsöhbətimiz 2015-ci ildə yenidən parta arxasına keçir: "Təsəvvür edin, qrup yoldaşlarımın 15, mənim 25 yaşım var idi. Adaptasiya ola bilmir, uşaqlarla necə davranacağımı bilmirdim. Sonra sinif nümayəndəsi oldum. Mən də onlarla uşaq kimi oldum. Bütün tədbirlərdə, xüsusilə vətənpərvərlik tədbirlərində aktiv iştirak edirdim. Hətta o zamanki direktor Fikrət müəllim mənə "əsgər qızım” deyirdi”.
"Evdən şor-çörək gətirir, sinifdə gizlin yeyirdim”
Maddi dəstəyi olmadığı üçün peşə təhsil mərkəzində oxuduğu vaxtlarda da günlük işlərdə işləyib: "Məsələn, Yeni il qabağı marketdə "qar qız” kimi işləyirdim. Günümüzə 10 manat verirdilər, səhərdən axşama kimi dayanır, ayaqlarım donurdu. Hətta bir gün məni fəxri fərmanla təltif edəcəkdilər, işdə olduğum üçün auditoriyada fəxri fərmanımı ala bilmədim. 50 manat təqaüd alır, yol pulumu o təqaüdlə ödəyirdim. Dərsə getmək üçün lazım olan 4 nəqliyyat vasitəsinin ikisini istifadə edir, piyada gedirdim ki, maksimum az xərcim çıxsın. Hər gün Qala kəndindən Əhmədliyə gedirdim. Evdən şor-çörək gətirir, sinifdə gizlin yeyirdim. Amma müəllimlərimin sevimli tələbəsi olmağı bacarmışdım”.
O möcüzə baş verdi...
Aynurə çətinliklə olsa da, universitet xəyalına addım-addım yaxınlaşırdı. Lakin hazırlaşmaq qərarına gələndə nə dərs vəsaiti var idi, nə də müəllim yanına getməyə pulu: "Sosial şəbəkədə qadın qrupunda status yazdım. Oradakı xanımlar mənə kitab verdi. Yenə də həmin qrupdan Azərbaycan dili, ədəbiyyat fənnindən bir müəllim məni pulsuz hazırladı. Hətta bəzən müəllimim mənə xərclik də verirdi. Sonra tarix müəllimim məni təmənnasız hazırlayacağını bildirdi. İngilis dilindən isə bir xanım özü mənə aylıq ingilis dili fənnindən hazırlığın ödənişini edirdi ki, oxuyum. İmtahan verdim və o möcüzə reallaşdı. Bakı Dövlət Universitetinin kitabxana və informasiya ixtisasına qəbul oldum. Müəllimlərimin üzərimdə çox böyük əziyyətləri var. Onlara söz verdim ki, mən də işləyəndə imkanı olmayan şagirdlərin hazırlığına kömək edəcəyəm. Məncə, yaxşılıq da yoluxucudur. Onlar mənim həyatıma toxundu, mən də davam etdirəcəyəm”.
"Səhər dərsə, günorta ev təmizliyinə gedirdim”
Aynurə universitetdə oxuya-oxuya da işləməyə davam edib: "Səhər dərsə gedir, günortadan axşama qədər işlədiyim yerdə uşağa, ev işlərinə kömək edirdim. Hətta universitetə qəbul xəbərini də ev təmizliyinə gedəndə almışdım. Daha sonra bir marketdə xadimə kimi də işlədim. Bir qarın ac, bir qarın tox olurdum. Bununla belə, qışda soyuq havada qalan xəstə pişiyə də sahibləndim. Yeməyimi onunla böldüm. Bəzən düşünürəm ki, mən dilsiz heyvana ev oldum, Allah da məni yaxşı insanlarla qarşılaşdırdı”.
Bakalavrı bitirdikdən sonra bununla kifayətlənməyib, magistraturaya hazırlaşıb: "Yenə də işləyə-işləyə oxudum, magistraturaya qəbul oldum. Həm bakalavrı, həm magistraturanı əla qiymətlərlə bitirdim. Hazırda da qırmızı diploma namizədəm. Hətta dövlət qulluğu imtahanından da müsahibə və test mərhələsini yüksək balla keçdim. 20 baldan 18 bal topladım. Seçdiyim vakansiyaya 404 insan müraciət etmişdi, yeganə 18 bal məndə idi. Hazırda Mədəniyyət Nazirliyinin ehtiyat kadrlar siyahısındayam. Ümid edirəm dövlət qulluqçusu olmaq arzum da reallaşacaq”.
"Bil ki, qızın bacardı...”
Aynurə tək öz arzusunu deyil, 11 yaşında itirdiyi atasının da arzusunu reallaşdırıb: "Atamın qəbrinin üstünə nadir hallarda gedirəm. Çünki söz vermişəm ki, onu diplomlarım, iş vəsiqəmlə ziyarət edəcəyəm və deyəcəyəm ki, ata, mən sənin arzunu yerinə yetirdim. Bil ki, qızın bacardı”.
"Evlilik gözləyə bilər, təhsil isə yox”
Aynurə özü kimi arzuları yarımçıq qalan, xilas yolunu ailə qurmaqda görən həmcinslərinə də səsləndi. Deyir ki, ona da dəfələrlə, "Ailə qur, sənin də arxa-dayağın olsun, təhsil almaq bu yaşdan sonra mümkün deyil” deyənlər olub: "Evlilik gözləyə bilər, təhsil isə yox. Hazırda 34 yaşım var və ötən il öz sevib, seçdiyim insanla nişanlandım. Bu yaşıma qədər çox elçi gəlib və anam da məni vermək istəyib. Amma məqsədim qəti idi və mən oxumalı idim. Xüsusilə, mənim vəziyyətimdə olan xanımların əksəriyyəti ailə qurmağa xilas olmaq kimi baxırlar. Heç bir xanım gələcəyini hansısa kişiyə etibar etməməlidir. Nə qardaş, nə ər, nə ata... Atam 33 yaşında rəhmətə gedib. Anam gənc yaşında 4 uşaqla tək qalıb. Həyatını necə əminliklə başqasına etibar edə bilərsən? Qadının tək xilaskarı təhsildir. Qalan hər şey təhsildən sonra gəlir. Üstəlik, universitet tək təhsil vermir, həm də düşüncələrin rəndələnir. Heç kim "çətindir, bacarmaram” deməsin. Mən şor-çörək yeyə-yeyə, fəhləlik edə-edə bacardımsa, hər kəs bacarar. İnsan hər şeyə qadirdir, əsas istəməkdir”.
Xəbərin oxunma sayı : 592
Xəbərlər
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyon manata satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
TOP 10
ARXİV






