“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”

Tarix 27.09.26, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Yaxın Şərqdəki mövqeyinin "heç də yaxşı vəziyyətdə olmadığını” bildirən İran ordusunun nümayəndəsi, general Məhəmməd Əkrəminia Vaşinqtonun hərbi müdaxilə edəcəyi təqdirdə regionda daha genişmiqyaslı münaqişənin başlaya biləcəyi barədə xəbərdarlıq edib.

General bu barədə SNN telekanalına açıqlamasında danışıb.

Əkrəminianın sözlərinə görə, ABŞ-ın regiondakı vəziyyəti əvvəlki kimi əlverişli deyil:

"Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ üçün hər şey yaxşı olsaydı, vəziyyəti dəyişməyə çalışmazdılar”.

İranlı general bildirib ki, ölkəsinin silahlı qüvvələri Vaşinqtonun mümkün hücumuna qarşı əvvəlkindən daha hazırlıqlıdır. Onun sözlərinə görə, İran ordusunda həm mənəvi-psixoloji hazırlıq gücləndirilib, həm də hərbi texnika və silahlanma baxımından yenilənmələr aparılıb.

"Bizdə mənəvi-psixoloji hazırlıq var, hərbi imkanlarımızı optimallaşdırmışıq və yeni silah və hərbi texnika nümunələrini döyüş tərkibinə daxil etmişik”, – deyə Əkrəminia vurğulayıb.

Generalın sözlərinə görə, ABŞ-ın hərbi təcavüzə əl atması Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdıra bilər:

"Düşmən təcavüzə qərar versə, region əvvəlkindən daha güclü şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq. Nəticədə region ölkələri daha böyük zərər görəcək”.

İran ordusunun baş komandanı Əmir Xatəmi isə bildirib ki, ölkəsinin müharibəsi hələ başa çatmayıb. O, İranın yeni zərbələr endirməyə hazır vəziyyətdə qalmalı olduğunu qeyd edib.

"Biz qalib gəlmişik, lakin bu qələbəni qoruyub saxlamalıyıq”, – deyə Xatəmi bildirib.



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap