Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

FHN-dən 200 min manatlıq şübhəli tender – Təfərrüat

Tarix 20.09.22, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Aura 2022 AA” MMC (VÖEN-1505848301) olub.

Yeniavaz.com xəbər verir ki, "Aura 2022 AA” MMC FHN-nin sifarişi əsasında nazirliyə güc maşınları və başqa tənzimləyici qurğular satacaq və qarşılığında 196 min 680 manat alacaq. 
Məlumat üçün bildirək ki, "Aura 2022 AA” MMC tender elanından cəmi 5 ay əvvəl – 16.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. FHN-nin tender elanı avqust ayının 11-də elan olunub.
Onu da bildirək ki, "Aura 2022 AA” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 5 ay əvvəl yaranan və 197 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nurəddinov Mehman Əlihadi oğludur.
Xəbəri rus dilində oxuyun: Подозрительный тендер на 200 тысяч манатов от МЧС - Подробно
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında "Aura 2022 AA” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda dövlət qeydiyyatına alınan "Aura 2022 AA” MMC -nin qanuni təmsilçisi Nurəddinov Mehman Əlihadi oğlu eyni zamanda "Medıa-039M" MMC-nin (VÖEN - 1505848281) də rəhbəridir. 
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Cəmi 3 ay ərzində ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda qeydə alınan şirkətlər bunlar olub:





Xəbərin oxunma sayı : 499




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap