“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fərid Səfərli Azərbaycana qaytarılıb - DTX və XİN rəsmi məlumat yaydı

Tarix 20.01.25, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.

AzFakt.com-un Azərbaycanın Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatına istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Məlumata görə, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.



Xəbərin oxunma sayı : 1903




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap