“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ev kirayəsi ilə bağlı dələduzluq halları var - VİDEO

Tarix 31.07.25, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Kirayələmək istədiyi evə görə 240 manat ziyana düşüb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxt sakini Aruz Əliyevdən gedir.

Onun sözlərinə görə, elan saytında görüb, bəyəndiyi ev üçün göndərdiyi 240 manat behi batıb. Başqa sözlə, elan sahibi onu aldadıb. 

Aruz məsələ ilə bağlı 102 qaynar xəttinə, həmçinin Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib. Onun şikayətinin əsaslı şəkildə araşdırılacağı deyilib. Müsahibimiz deyir ki, tək məqsədi pulun geri ödənilməsi deyil, o, başqalarının da aldanmamasını istəyir. 

Biz də iddialarla bağlı sözgedən elanda yerləşən mobil nömrə ilə əlaqə saxlamaq istəsək də bu mümkün olmadı.

Turizm üzrə ekspert Rəhman Quliyev isə bu məsələdə aldanmamağın əsas yolları barədə danışıb. Bildirib ki, ilk növbədə, yaxşı olar ki, sifarişçi evin müvafiq sənədlərini qarşı tərəfdən tələb etsin. Çünkü xüsusilə yay aylarında dələduzlar tərəfindən bu cür şirnikləşdirici elanlar vasitəsi ilə aldadılma halları olur. Tələbat və qiymətlərin artması dələduzlar üçün əsl fürsətə çevirilir. Ekspert tövsiyə edir ki, ev kirayələmək istəyənlər yalnız rəsmi platformalardan istifadə etsinlər. Evi yerində görmədən, heç bir sənəd olmadan, qabaqcadan pul göndərmək risklidir. 

Ekspert onu da qeyd etdi ki, rəsmi müqavilələrin bağlanması gələcəkdə yaranacaq problemlərin hüquq müstəvisində həllinə də kömək ola bilər.




Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap