“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi - FOTO

Tarix 01.08.25, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, iyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

AzFakt.com-un məlumatına görə, ötən gün Rusiyanın TASS agentliyi sözügedən informasiya ilə bağlı “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal məsələ ilə bağlı sərt bəyanat yayıb: “Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. 

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Bundan sonra sözügedən agentlik Xankəndi ilə bağlı dərc etdiyi həmin xəbərdə dəyişiklik edib. Belə ki, sərlövhə “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.






Xəbərin oxunma sayı : 382




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap