“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Push30”la bağlı qalmaqal: Məşhur blogeri hovuza buraxmayıblar?

Tarix 30.07.25, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistanın tanınmış blogeri və iş adamı Lazizbek Həmidov fərdi və korporativ istifadəçilər üçün fitnes zallarına vahid üzvlük imkanı yaradan məşhur “Push30” platforması barədə tənqidi fikirlər səsləndirib.

Yeniavaz.com xəbər verir ki, “Push 30” platformasının Özbəkistanda fəaliyyət göstərən “Push30 Uzbekistan” bölməsinin fəaliyyətini tənqid edən Lazizbek Həmidov bununla bağlı 2 video paylaşıb.

Həmidov bildirib ki, aktiv “Push30” abunəliyinə baxmayaraq, onu “Frankfort” otelindəki hovuza buraxmayıblar. Lazizbek Həmidov paylaşdığı 2-ci videoda bildirib ki, “Push30” abunəliyinin bərpa olunmasını istəyib:
“Bu pul davası deyil, sizin müştərilərə, böyük şirkətlərə münasibətinizi bəyənmirəm, narazı müştərilərlə işləməyi öyrənin”.
Qeyd edək ki, 1989-cu ildə anadan olan Lazizbek Həmidov 2006-2010-cu illərdə Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə “Saliq İnfo” qəzetində, sonra “XXI əsr” qəzetində, sonra isə UzA-da (Özbəkistan Milli İnformasiya Agentliyi) çalışıb. 2014-cü ildə jurnalistikadan ayrılaraq dizayn təhsili almağa başlayıb. Hazırda “Təsnif” dizayn studiyasının və kompyuter qrafikası xidmətləri göstərən “Təsnif” məktəbinin rəhbəridir. Bundan əlavə, çoxları Lazizbeki YouTube-da “Ular” layihəsinin müəllifi və təsisçisi kimi tanıyır.

Məlumat üçün bildirək ki, “Push 30” MMC 16 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mehdi Məmmədov, ev 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Adil Faiq oğludur.

Adil Qasımov məşhur məhkəmə hakimi Faiq Qasımovun oğludur. Faiq Qasımov hazırda Pirallahı Rayon Məhkəməsinin hakimi və sədridir. O, 2000-2008-ci illərdə Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2008-2018-ci illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi, 2018-ci ildən 2022-ci ilə qədər isə Bakı Apelyasiya Məhkəməsi Hərbi Kollegiyasının sədri olub.
Adil Qasımov mətbuata verdiyi açıqlamada bildirib ki, “Push 30” şirkətinin əsası “London School of Economics”in məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su, “Mckinsey&Company” şirkətinin keçmiş əməkdaşı Rəhim Bayramlı və “LANDAU School”un həmtəsisçisi, “Sabah Lab” Akselerasiya Mərkəzinin CMO-su , “Humboldt University of Berlin” məzunu Rahul D’Mello tərəfindən qoyulub.

Qeyd edək ki, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su kimi təqdim olunan Rəhim Bayramlı xarici işlər naziri Ceyhun Bayramovun oğludur.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap