“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xətai rayonunda kiçik parklar restoranlara çevrilir - Fotolar

Tarix 01.08.25, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


Son bir ildə Sarayevo küçəsində yerləşən parkda iki restoran açılıb…

Paytaxtın Xətai rayonunda son illər sənədsiz obyekt və evlərin tikilməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xeyli təkzibolunmaz məlumatlar yayılır. Həmin xəbərlərdən belə görünür ki, icra hakimiyyəti ilə anlaşan sahibkar və maklerlər “gecəqondu” yolu ilə heçbir rəsmi sənədi olmayan obyekt və yaxud evləri qısa müddətdə tikib başa çatdırırlar.

Qeyd edək ki, Xətai rayonunda son illər zəbt edilərək tikinti meydançasına çevrilən ərazilərdən biri də kiçik parklardı.
 
AzFakt.com xəbər verir ki, rayonun Sarayevo küçəsində yerləşən kiçik park zolağı zəbt olunan ərazilərdən biridir.
 
Belə ki, son bir ildə Sarayevo küçəsində yerləşən parkda iki restoran açılıb. Əldə etdiyimiz məlumata görə qısa müddətdə tikilən bu restoranlara tikinti və fəaliyyət  icazəsini Xətai rayon İcra Hakimiyyəti verib. 

Xatırladaq ki, bu ilin əvvəlində Sarayevo küçəsində inşa edilən sonuncu restoranın yerində obyekt inşa edilirdi. Ancaq məsələ mətbuatda işıqlandırıldıqdan sonra Xətai icra hakimiyyəti işi dayandırmalı oldu. Ancaq üstündən bir müddət keçdikdən sonra gecəykən Sarayevoda yerləşən parkda tikintisi dayandırılan obyekt restorana çevrilib.
 
Görünür, artıq Xətai rayonunda satmağa yer qalmadığı üçün rayon İcra hakimiyyəti kiçik parkları məcburən satışa çıxarır.
 
Mövzuya qayıdacağıq.

Yazıda adı keçən Xətai rayon İcra Hakimiyyətinin mövqeyin dərc etməyə hazırıq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap