“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Tələbə qəbulunda vaxt haqsızlığı: Minlərlə gəncin gələcəyi təhlükədədir“

Tarix 01.08.25, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


"Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi ölkədə hər il minlərlə gəncin gələcəyini müəyyən edən ən mühüm mərhələlərdən biridir. Bu il elektron ərizə təqdim edən abituriyentlərin sayı 131 168 nəfər olub. Bu rəqəmlər göstərir ki, tələbə qəbul prosesi miqyas baxımından rekord səviyyəyə çatıb".

Bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

kamran.jpg (28 KB)

Ekspert qeyd edib ki, bununla belə, mövcud statistikanı və Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi ixtisas seçimi müddətini nəzərə aldıqda, prosesin təşkilində ciddi uyğunsuzluqlar və ədalətsizliklər ortaya çıxır:

"Rəqəmlərə diqqət yetirsək, abituriyentlərin ixtisas qrupları üzrə bölgüsü belədir: I ixtisas qrupu üzrə 31 000-dən çox, II ixtisas qrupu üzrə 26 000-dən çox, III ixtisas qrupu üzrə 28 500-dən çox, IV ixtisas qrupu üzrə 6 600-dən çox, V ixtisas qrupu üzrə isə 10 000-dən çox namizəd müsabiqədə iştirak edəcək.

Bundan əlavə, 30 000-ə yaxın subbakalavr da bu prosesə qoşulur. Bu rəqəmləri ümumiləşdirdikdə təxminən 100 000 nəfərdən çox real müsabiqə iştirakçısının olduğu aydın görünür. Bu qədər geniş kütlə üçün ixtisaslaşma mərhələsinin cəmi 9 günə sıxışdırılması obyektiv və sağlam idarəetmə qərarı kimi izah oluna bilməz.

Məsələyə daha geniş baxanda aydın olur ki, DİM imtahan nəticələrini elan etmək üçün bəzən 1-2 ay vaxt sərf edir. Halbuki həmin nəticələrin əsasında həyatlarını formalaşdıracaq ixtisas seçimi mərhələsinə gəldikdə, on minlərlə gəncin qərar verməsi üçün cəmi 9 gün ayrılır. Bu, psixoloji baxımdan gərginliyi artırmaqla yanaşı, seçim prosesinin keyfiyyətinə də ciddi mənfi təsir göstərir.

Valideynlərin, repetitorların, məsləhətçilərin iştirakı ilə aparılan seçimlərin rasional və şüurlu şəkildə həyata keçirilməsi üçün ən azı 13-14 günlük vaxt tələb olunur. Bu, yalnız subyektiv fikir deyil, rəqəmlərin diktə etdiyi obyektiv reallıqdır".

Kamran Əsədov bildirib ki, digər məqam qəbul prosesində tətbiq edilən vaxt bölgüsündəki qeyri-müəyyənlik və ədalətsizlikdir:

"Məsələn, magistratura pilləsinə qəbul zamanı 20 000-ə yaxın iştirakçı üçün 10 gün vaxt ayrılır. 9 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul zamanı isə 27 000 namizədin seçim üçün 8 gün vaxtı olur. Amma ali təhsil müəssisələrinə qəbul olmaq istəyən, sayı 100 000 nəfəri aşan abituriyent və subbakalavr kütləsinə cəmi 9 gün verilir. Bu bölgünün nə məntiqli idarəetmə prinsipi, nə də ədalətli yanaşma ilə izahı var.

Prosesdə iştirak edənlərin sayı artdıqca, əksinə, daha çox vaxt ayrılmalı olduğu halda, verilən müddətin azaldılması qəbul sistemindəki ziddiyyətləri açıq şəkildə göstərir.

Əlavə olaraq, iyulun 30-da DİM-in məsul şəxsi Vəfadar Misirov rəsmi açıqlama verərək ixtisas seçimi üçün 10 gün vaxt ayrılacağını bildirmişdi. Lakin faktiki vəziyyət fərqlidir – verilən vaxt 9 gündən artıq deyil. Bu cür qeyri-sabit və dəyişən qərarlar abituriyentlərdə və valideynlərdə haqlı narazılıq yaradır, qəbul prosesinə olan etimadı zəiflədir. Dövlət qurumu tərəfindən əvvəlcədən elan edilən şərtlərin dəyişdirilməsi abituriyentlərin günahı deyil və onların taleyinə bu cür təsir göstərmək heç bir qanuni və ya etik çərçivəyə sığmır.

Nəticə etibarilə, builki qəbul prosesi bir daha göstərdi ki, ixtisas seçimi mərhələsi hələ də planlı, məntiqi və insan amilini nəzərə alan şəkildə təşkil edilmir".

K.Əsədov vurğulayıb ki, 100 000 nəfərdən çox gəncin gələcəyini müəyyən edən bu mərhələnin cəmi 9 günə sığışdırılması nə təhsil idarəçiliyi baxımından, nə də gənclərin psixoloji və sosial durumuna təsiri baxımından qəbul edilə biləcək qərardır:

"Bu qədər böyük rəqəmlərin olduğu bir prosesə daha geniş vaxt ayrılmalı, qərarvermə üçün imkanlar artırılmalı, şəffaflıq və əvvəlcədən elan edilən şərtlərə sadiqlik təmin edilməlidir. Əks halda, minlərlə gəncin taleyinin bürokratik sürət tələbləri naminə risk altına atılması davam edəcək".



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap