“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Elmlər doktoru ilə iş adamı arasında kredit davası - AYB üzvü “AMAY Abdulla“nı məhkəməyə verdi

Tarix 11.06.24, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Yazıçılar Birliyinin (AYB), Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) Tarix üzrə Ekspert Şurasının üzvü, tarix elmləri doktoru Abbas Seyidov "A.M.A.Y Holding” şirkətini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, onun iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. 

Aygün Həsənova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

"A.M.A.Y Holding" MMC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Novruzov Elşən Firudin oğludur.

Şirkətin sahibi isə məşhur iş adamı, "AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevdir. O, eyni zamanda "Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri olub.
Abdulla Abdullayev

2014-cü ildə Abdulla Abdullayev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. 
Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. 
O, bu cinayət işi üzrə 13 il azadlıqdan məhrum edilsə də, 2016-cı ildə azadlığa çıxıb. 

Bir müddət əvvəl "A.M.A.Y Holding” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən məhkəməyə verilib. Məhkəmə çəkişməsi vergi borcu ilə bağlı olub. 

Şirkətin hazırda da 21 009,37 manat vergi borcu var. 



Xəbərin oxunma sayı : 859




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap