Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dollara tələbin kəskin artmasının başqa səbəbləri var - Deputat

Tarix 01.03.24, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da, valyuta bazarı üçün ötən ay heç də asan olmadı. Fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur. Bu ilin ilk 2 ayında isə hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

İqtisadçı deputat Vüqar Bayramov hesab edir ki, sonuncu hərracda 80 milyon dollarlıq sifariş valyuta bazarındakı volatilliyin bu ay ərzində optimallaşdırılacağından xəbər verir. Ekspert xatırladır ki, daha əvvəlki 5 hərracın hər birində tələb üç rəqəmli, yəni 100 milyon dollardan çox olub. “Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq, dollara tələbin kəskin azalmayacağı gözləniləndir”, - o əlavə edib.

V.Bayramov bildirir ki, Mərkəzi Bank fevral ayında dollara tələbin artmasının daha çox mövsümi faktorlar ilə bağlı olduğunu bəyan edib: “Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da, əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var. Belə ki, 2023-cü ilin fevralında hərraclarda cəmi 326.5, 2022-ci ilin eyni ayında 371.3 və 2021-ci ilin həmin ayında isə 437.4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870.6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin ferval aylarında qeydə alınmayıb”. Deputat qeyd edir ki, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. “Belə ki, 2023-cü ildə idxal 17 milyard 285 milyon dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var”, - iqtisadçı vurğulayıb.



Xəbərin oxunma sayı : 1018




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap