“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Daha bir keçmiş deputat hökumətdən parlamentə qayıdır – Akademiki əvəzləyəcək...

Tarix 23.07.24, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin IV, V, VI çağırış üzvü olmuş, “Atatürk” Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Onun seçildiyi 108 saylı seçki dairəsindən Yeni Azərbaycan partiyası (YAP) bu dəfə də prinsipial namizəd irəli sürməyib. Hakim partiyanı seçkilərdə Kərimov Gülgün adlı şəxs təmsil edəcək. Beləliklə, 108 saylı dairədən kimin millət vəkili seçiləcəyi maraq doğurur.

Məlumatlı mənbələr “AzPolitika”-ya bildirib ki, sözgedən dairədən Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmraslanov deputat seçiləcək. Artıq onun sənədlərini Dairə Seçki Komissiyasına verdiyi qeyd olunur.

Qeyd edək ki, A.Əmraslanov 2005-2010-cu illərdə Milli Məclisin üzvü olub. Daha sonra Prezident Administrasiyasında vəzifəyə təyin edilib. O, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb. Sonra isə  karyerasını dövlət məmuru kimi Nazirlər Kabinetində davam etdirib.Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Belə görünür, A.Əmraslanovun qanunverici hakimiyyətdə təmsil olunması məsələhət görülüb.

Qeyd edək ki, Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap