Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Dövlət rəsmilərinin Bakıya səfəri davam edir - Fotolar

Tarix 11.11.24, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


İndoneziyanın xüsusi nümayəndəsi Haşim Cocohadikusumo COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

AzFakt.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kuala Lumpur şəhərinin qubernatoru Maimuna Mohd Şarif Azərbaycanda səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend də ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kuk Adalarının Baş naziri Mark Braun Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Keniyanın Baş naziri Musalia Mudavadi ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Barbados Respublikasının Baş naziri Mia Amor Mottley COP29-da iştirak etmək məqsədilə Azərbaycandadır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

***

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

***

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının prezidenti Filemon Yanq ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Efiopiya Prezidenti Taye Atske Selassie Azərbaycana səfər edənlər arasındadır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.





Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap