Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ceyhun Bayramov 82-ci sessiyaya sədrlik edib - Bakı-Banqkok Bəyannaməsi qəbul olunub (FOTO)

Tarix 20.04.26, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına sədrlik edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sessiya Banqkok şəhərində "Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı" mövzusunda keçirilib.

Sessiyanın açılışında XİN rəhbəri tərəfindən Prezident İlham Əliyevin müraciəti səsləndirilib.

Sessiya çərçivəsində Azərbaycan ortaq çağırışların həlli və inkişafın cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycanın əsas siyasi mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığı kimi istiqamətləri önə çəkib.

Azərbaycanın "Heç kəs kənarda qalmasın" gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.

Sessiya zamanı "Azərbaycan 2030" sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri, o cümlədən inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi və nəsillər arasında bərabər imkanların təmin edilməsi xatırladılıb.

Bundan əlavə, Avrasiya bağlantısında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.

Sessiyanın əsas nəticələrindən biri kimi Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf üzrə ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə uyğunluq təşkil edir.

Sessiya üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirərək inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf üzrə dialoqu təşviq edib.

Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını ümumi inkişaf məqsədləri naminə dərinləşdirməyə sadiqdir.

Qeyd edilib ki, həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutan Azərbaycan insan mərkəzli inkişaf modelini təşviq edir, regional bağlantını gücləndirir, rəqəmsal və yaşıl keçidi sürətləndirir, sülh və əməkdaşlığı möhkəmləndirir.






Xəbərin oxunma sayı : 169




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap