Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

Tarix 17.04.26, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


“Son dövrdə Azərbaycanın Ermənistana ixrac etdiyi neft məhsullarının həcmi bunun sübutudur və biz eyni zamanda Ermənistandan müəyyən məhsulların idxalı imkanını da nəzərdən keçiririk”.

Bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda yeni bir status-kvo formalaşdırmışıq:

“Bu yeni status-kvo hüquqi və legitim əsaslara söykənir və hər iki ölkənin maraqlarına cavab verir. Üstəlik, uzunmüddətli perspektivdə ölkələrimiz üçün sülh və təhlükəsizliyi təmin edə biləcək yeni regional təhlükəsizlik arxitekturası qururuq. Eyni zamanda nəzərə almalıyıq ki, Cənubi Qafqaz regionu yeni münaqişə ocaqları ilə əhatə olunub. Bəlkə də qonşuluğumuzda iki dünya müharibəsi gedir: şimalda Rusiya ilə Ukrayna arasında, cənubda isə ABŞ–İsrail ilə İran arasında. Lakin real sülh həm Azərbaycan, həm də Ermənistan üçün bir növ immunitet və təhlükəsizlik təmin edir”.

“Daha geniş mənada, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq perspektivlərinin mövcud olduğu inklüziv Cənubi Qafqaz regionu görürük. İkili formatda Gürcüstanla mükəmməl əməkdaşlığımız var. Həmçinin Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlıq formatını inkişaf etdirmişik. Hesab edirik ki, sonda inklüziv regional əməkdaşlıq modelinə nail olacağıq”, – deyə H. Hacıyev söyləyib.



Xəbərin oxunma sayı : 172




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap