Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Paytaxtda qorxulu vəziyyət: Bu evlər hər an dağıla bilər (VİDEO)

Tarix 18.04.26, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 10 mənzil sakininin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15B və 5D-dir.

Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək başqa yerləri olmadığından onlar həmin evlərdə yaşamağa davam edirlər.

Həmçinin bildirilib ki, qeyd olunan hal ilk dəfə baş vermir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri müəyyən tədbirlər görüblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub və aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.






Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap