Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold“a verildi - FƏRMAN

Tarix 20.04.26, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bir sıra qeyri-filiz faydalı qazıntı yataqları dövlət şirkətinin istifadəsinə verilib. 

Bu qərar yerli xammal bazasının inkişafı və tikinti sektorunda artan tələbatın qarşılanması baxımından mühüm addım kimi qiymətləndirilir.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Sənədə əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən "Qaradağ I və II”, həmçinin Qaradağ və Abşeron rayonlarını əhatə edən "Güzdək muldası” əhəngdaşı yataqları, Zaqatala rayonundakı "Katexçay I və II”, Balakən rayonundakı "Balakənçay I və II”, Oğuz rayonundakı "Ağçay I” və İmişli rayonundakı "İmişli” qum-çınqıl yataqları AzerGold QSC-nin istifadəsinə verilib.

Qərarın əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarının istismarında səmərəliliyin artırılması, resurslardan daha optimal istifadə və daxili bazarın tələbatının daha effektiv şəkildə ödənilməsidir. Bu yataqlar əsasən tikinti sektorunda geniş istifadə olunan əhəngdaşı və qum-çınqıl ehtiyatlarını əhatə edir.

Fərmanda diqqət çəkən əsas yeniliklərdən biri isə idarəetmə proseslərinin rəqəmsallaşdırılmasıdır. Belə ki, yer təkinin istifadəsi sahəsində hüquqların verilməsi, dövlət ekspertizasının aparılması, istifadəçilərin hesabatlarının qəbulu, hərracların təşkili və digər prosedurlar 1 avqust 2027-ci ildən etibarən "Rəqəmsal ekologiya” informasiya sistemi vasitəsilə "bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Bu yanaşma proseslərin şəffaflığını və operativliyini artırmağa xidmət edir.

"Bir pəncərə” mexanizmi üzrə əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Nazirlik həm də yer təkinin istifadəsi ilə bağlı əsas prosedurların koordinasiyasını həyata keçirəcək.

Fərman çərçivəsində Nazirlər Kabineti qarşısında da bir sıra vəzifələr qoyulub. Belə ki, üç ay müddətində yer təkinin istifadəsi sahəsində qanun pozuntularına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanaraq dövlət başçısına təqdim edilməlidir.

Bununla yanaşı, altı ay ərzində qeyri-filiz yataqlarının monitorinqi və qiymətləndirilməsi, eləcə də onların iqtisadi dövriyyəyə daha səmərəli cəlb olunması üçün güzəştlərin tətbiqi ilə bağlı təkliflər hazırlanmalıdır. Bu güzəştlər yataqların yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri, iqlim şəraiti və infrastruktur imkanları nəzərə alınmaqla müəyyən ediləcək.

Sənəddə həmçinin torpaq kateqoriyalarının dəyişdirilməsi, yer təki istifadəçilərinin fəaliyyətinin tənzimlənməsi və tələb olunan sənədlərin standartlaşdırılması kimi məsələlər də əksini tapıb. Bu addımların məqsədi sahədə idarəetməni vahid sistem üzrə qurmaq və investisiya mühitini yaxşılaşdırmaqdır.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap