Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO

Tarix 19.04.26, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi məsələsi geniş müzakirələrə səbəb olub.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, banklar kredit verərkən borcalanın gəlirlərini və bu gəlirlərin davamlılığını ciddi şəkildə araşdırır.

Ekspert qeyd edir ki, vətəndaşlar ailə üzvlərinə əlavə yük yaratmaması üçün kredit götürərkən həyat sığortasından istifadə edə bilərlər. 

Ekspert deyir ki, borcalanın vəfatı halında məsələ hüquqi çərçivədə həll olunur. Qanunvericiliyə əsasən miras və borclar vahid kompleks kimi nəzərdə tutulur.Yəni vəfat edən şəxsin varisi mirası qəbul edərsə, həmin şəxsin borc öhdəliklərini də qəbul etmiş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu zaman borc öhdəliyi də onun üzərinə keçmir.

Varis mirası qəbul etdikdən sonra kredit öhdəliklərinin yerinə yetirilməsi üçün bəzən kredit qrafikinin yenidən strukturlaşdırılmasına ehtiyac yarana bilər. Bu zaman banklar artıq yeni borcalanın yəni varisin gəlirlərini nəzərə alaraq qərar verirlər,- deyə ekspert qeyd edib.//Xəzər TV




Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap