Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək - SİYAHI

Tarix 22.05.26, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

AzFakt.com xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilməsi nəzərdə tutulur.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.

Həmçinin, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlər təyin ediləcək. Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi nəzərdə tutulur:

- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;

Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi.

Bundan başqa, Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.

Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi.

Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap