Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Atlant“ satılsın, pulumuz qaytarılsın! - MƏHKƏMƏ İŞİ

Tarix 22.05.26, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin müsadirəsi, hərracdan satışı və 171 zərərçəkənə vurulmuş ziyanın qarşılanması tələbləri getdikcə daha kəskin xarakter alır. Obyektin taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müzakirə mövzusudur.

Tahir Qədəşov Atlant üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK tərəfindən inşa edilən yaşayış binasında eyni mənzilləri müxtəlif şəxslərə sataraq 172 vətəndaşdan ümumilikdə 14 milyon manatdan artıq vəsait toplayıb. Azərbaycanın daşınmaz əmlak sektorunda oxşar hallar əvvəllər də baş verib. Lakin bu işi fərqləndirən məqam zərərçəkənlərin sayı və dövriyyəyə daxil olmuş vəsaitin həcmi ilə yanaşı, pulların sonrakı taleyi ilə bağlı ortaya çıxan iddialardır.

Məhkəmədə ifadə verən zərərçəkənlər eyni fikri təkrar edirlər: Onların ödədiyi vəsaitlər yaşayış binasının tikintisinə deyil, başqa istiqamətlərə yönəldilib.Bu istiqamətin adı isə məhkəmə materiallarında dəfələrlə hallanır – “Atlant” Aliəvi İstirahət Mərkəzi.

Məhkəmə prosesində diqqəti çəkən əsas məqam yalnız dələduzluq faktı deyil. Əsas sual toplanan milyonların haraya xərclənməsidir. Müttəhim Nofəl Hacıyev bu iddialarla razı olduğunu, əldə etdiyi pulları “Atlant”a yönəltdiyini etiraf edib. Son məhkəmə iclaslarında ifadə verən zərərçəkənlər və şahidlər bildiriblər ki, “Təbriz” MTK vasitəsilə əldə olunan vəsaitlər sonradan “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti, genişləndirmə və təmir işlərinə yönəldilib.

Onların fikrincə, bu gün Nabran sahilində görünən obyektlərin bir hissəsi məhz həmin pullar hesabına formalaşıb. Bu iddia hüquqi baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki əgər istintaqın müəyyən etdiyi maliyyə axınları həqiqətən də mənzil alan vətəndaşların vəsaitlərinin başqa obyektə yönəldildiyini təsdiqləyirsə, onda məsələ adi dələduzluq çərçivəsini aşaraq daha mürəkkəb maliyyə mexanizminə çevrilir. Məhkəmə zalında adı ən çox hallanan ikinci şəxs Tahir Qədəşovdur. Nofəl Hacıyev onun kürəkənidir. Məhkəmədə səslənən ifadələrə görə, onlar uzun illər biznes tərəfdaşları kimi fəaliyyət göstəriblər. Zərərçəkənlər iddia edirlər ki, vəsaitlərin istifadəsi ilə bağlı əsas qərarlar məhz Tahir Qədəşov tərəfindən verilib. Bu səbəbdən də onlar məhkəmədən yalnız Nofəl Hacıyevin deyil, bütün prosesdə iştirak etmiş Tahir Qədəşovun da hüquqi məsuliyyətə cəlb olunmasını tələb edirlər. Məhkəmə iclaslarında verilən vəsatətlərdən biri də Tahir Qədəşovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun ifadəsinin alınması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Hələlik bu vəsatət üzrə yekun qərar verilməyib.

Picture background

Zərərçəkənlər sual edir ki, vəsaitlərin hərəkət istiqaməti məlumdursa, həmin vəsaitlərin istifadə olunmasında iştirak etdiyi deyilən şəxslər niyə eyni hüquqi status daşımırlar? Proses zamanı diqqət çəkən məqamlardan biri Nofəl Hacıyevin öz ifadəsi olub. O, məhkəmədə vətəndaşlardan topladığı milyonlarla manatın “Atlant”ın tikinti və təmir işlərinə yönəldildiyini bildirib.

Üstəlik bunu Tahir Qədəşovla birlikdə həyata keçirdiyini söyləyib. Azərbaycan cinayət-prosessual praktikasında belə ifadələr istintaqın istiqamətini dəyişdirə biləcək əhəmiyyətli məqam hesab olunur. Hazırda söhbət yalnız zərərçəkənlərin iddialarından deyil, təqsirləndirilən şəxsin məhkəmə qarşısında verdiyi açıqlamalardan gedir. Bu isə iş üzrə yeni hüquqi qiymətləndirmə aparılması zərurəti barədə müzakirələri gücləndirir. Hazırda cinayət işi çərçivəsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin əmlakı üzərinə həbs qoyulub. Bu qərar zərərçəkənlər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki onların böyük hissəsi artıq illərdir ki, nə mənzillərini ala bilir, nə də ödədikləri pulları geri qaytara bilir. Əgər məhkəmə yekunda itttihamedici hökm çıxararsa və əmlakın cinayət yolu ilə əldə edilmiş vəsaitlər hesabına formalaşdığı müəyyən olunarsa, həmin əmlakın satılması yolu ilə ziyanın kompensasiya olunması mümkün ola bilər. Məhz buna görə də zərərçəkənlər həbs qərarının qüvvədə saxlanılmasını və obyektin sonradan hərraca çıxarılmasını tələb edirlər. Onların arqumenti sadədir - əgər pullar “Atlant”a gedibsə, həmin pullar da oradan geri qaytarılmalıdır.
İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı “Atlant”ın üzərinə həbs qoyulub. İttihamlar məhkəmə yoluyla sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Məhkəmə prosesi iyunun 9-da davam etdiriləcək.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap