| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir
Tarix 22.05.26, 6:25 |
|
Müasir dünyada dayanıqlı inkişafın, ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətinə söykənir. Bu gün müstəqil Azərbaycan beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi olmaqla yanaşı, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib. Bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.
Mayın 17-dən 22-dək Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir.
Qeyd edilməlidir ki, sərginin ümumi sahəsi 35 min kvadratmetr təşkil edir ki, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. “Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, – deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətində modern şəhərsalma fəaliyyəti Prezident İlham Əliyev tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu da diqqətə çatdırıb. Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən ali diqqətin və verilən böyük əhəmiyyətin daha bir ifadəsidir.
2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Mərasimdəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”.
Bildirib ki, biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.
Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.
Hazırda Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir. “Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələr səsləndirib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: “Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində “Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır”.
Bu beynəlxalq tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və müasir şəhərsalma modeli – “Böyük Qayıdış” proqramının uğurları da dünyaya təqdim olunur. İşğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də bu regionların tamamilə yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya, ekoloji bərpa və post-münaqişə dövrünün yenidənqurma fəaliyyəti sahəsində qabaqcıl və unikal nümunə kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Beləliklə, WUF13 sessiyasının Bakıda uğurla keçirilməsi Azərbaycanın dünya miqyaslı problemlərin həllində aparıcı qüvvə olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün dünyaya nümayiş etdirir.
Qabil Əliyev
Xəbərin oxunma sayı : 205
Sosial
Xəbərlər
-
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
-
Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
-
Pentaqondan rəsmi etiraf: “Silahları Tayvana yox, İrandakı müharibəyə saxlayırıq“
-
Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq YENİ LAYİHƏ - VİDEO
-
Leyla Əliyeva və Alena Əliyeva sərgidə - FOTOLAR
-
Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)
-
Pakistan Ordusunun Baş Komandanı İrana getməyəcək - Nə baş verir?
-
“Qarabağ”a Elvinə görə təklif gəldi - Milyonlar müzakirə olunur
-
Alimenti ödəyə bilməyənlərin yerinə həmin vəsaiti dövlət ödəyəcək? - VİDEO
-
“Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib“ - ABŞ səfiri
-
Hondurasda silahlı hücumlarda 24 nəfər öldürüldü - Altısı polisdir
-
Leyla və Arzu Əliyevalar “Urban Expo” sərgisində - Fotolar
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl114 dollardan baha satılır
-
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir
-
Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Real”da ulduzlar müharibəsi - Mbappenin anası Perezə zəng etdi
-
Hansını almaq daha sərfəlidir - Təmirli, ya təmirsiz?
-
Partiya rəhbərliyinə qayıdan Kılıçdaroğlundan ilk açıqlama - “Biz bir yerdəyik”
-
ABŞ və İran müharibəni dayandırır: Pakistanın vasitəçiliyi ilə tarixi razılaşma
-
Bərdə sakini lombarda ödənişləri etsə də qızılını geri ala bilmir - VİDEO
-
Yas mərasimi keçirtmək əvəzinə abadlıq işləri görürlər - VİDEO
-
Ağdamda layihələrin icrası işləri necə gedir? - VİDEO
-
Türkiyə siyasətində “zəlzələ“ - Məhkəmə qərarı ilə Kılıçdaroğlu CHP-nin başına gətirildi
-
“COP29 kimi WUF13 də uğurla təşkil edilib” - Prezident
-
Marko Rubiodan İran bəyanatı - “Nələrin baş verəcəyini gözləyək”
-
Xamenei bunu qadağan etdi - Ölkədən çıxarılmayacaq
-
Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir
-
Leyla Əliyeva Kral III Msvatini ilə görüşdü - FOTOLAR
-
Azərbaycanda işsizlərin ən çox cəmləşdiyi rayonlar - CƏDVƏL
-
Bu şəxslərə hər ay 100 manat veriləcək - QƏRAR
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi - FOTOLAR
-
Prezident Administrasiyasında iyun ayında vətəndaş qəbulu - CƏDVƏL
-
“Mətbəx Aləmi“ böhranda: Elşən Ağakişiyevin şirkətinin borcu 1,3 milyonu keçdi
-
“Uşaqpulu verilsə hamı tənbəlləşəcək, adamlar işləməyəcək“ - Deputat Günay Ağamalı
-
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
-
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
-
WUF13-dünyanın diqqətini Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur
-
NATO ABŞ-sız yaşaya bilməz: Aİ niyə alyansı əvəz edə bilməyəcək?
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış yağır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yas mərasimində zəhərlənmənin səbəbi: Pomidor, xiyar və...
-
Azərbaycanlı biznesmen və xanımına şok ittiham... - Detallar
-
Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
-
DGK itlərə 189 min manat xərcləyəcək - Qurum yem, xalta, top və qab alır
-
Ərdoğan Zakir Həsənovla təlimi izlədi - FOTOLAR
-
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb - 1 milyon manata
-
Dövlət və özəl sektorda ən yüksək maaşlı sahələr - Statistika
-
“Yelo Bank“da kreditlərdən “şapka“ alanın adı bilindi - Vüqar Əliyev kimdir?
-
Elvini istəyən iki klub açıqlandı: 1 milyon avro maaş tələb edir
-
Bakıda mağazada yarım milyonluq yeyinti: Menecer saxlanıldı
-
Şuşaya indiyədək xərclənən vəsait açıqlandı:100 milyon manat...
-
“ABŞ Kuba rəhbərliyini təhdid və şantaj edir“ - Rəsmi Moskva
-
Makron İlham Əliyevə zəng etdi - Müzakirə
-
Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?
-
İran hərbi-sənaye bazasını ABŞ-nin gözlədiyindən daha sürətlə bərpa edir - CNN
-
“Mango” qurucusunun oğlu saxlanılıb - Andik atasını öldürmədiyinə and içir
-
Bakı-Tbilisi qatarı ilə bağlı detallar açıqlandı: 81 manata nələr daxildir?
-
“Azərbaycanda standart ipoteka kreditləri vətəndaşlar üçün əlçatandır“ - Anar Kərimov
-
Kartdakı qalığa hansı bank kartı daha çox faiz verir? - SİYAHI
-
Bu gündən 5 gün fasiləsiz yağış yağacaq - Xəbərdarlıq
-
ABŞ-İran danışıqları iyunun əvvəlində baş tuta bilər - “Al-Arabiya”
-
Kirayə mənzil bazarında son durum: Qiymətlər necədir?
-
Bazar günü 56 mindən çox şəxs imtahan verəcək - DİM
-
Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər köçürülüb - Emin Hüseynov
-
Yaxın altı ay ərzində qlobal ərzaq böhranı baş verə bilər - BMT-dən xəbərdarlıq
-
Türkiyədə məşhurlara qarşı əməliyyat: 25 nəfər saxlanıldı
-
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
-
Ançelottidən Neymara ciddi şərtlər: “10 nömrə“ və kapitanlıq geri alınır
-
Si Cinpin KXDR-ə getməyə hazırlaşır - Yonhap agentliyi
-
Böyük Qayıdış davam edir:Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
-
ABŞ Raul Kastroya qarşı rəsmi ittiham irəli sürdü - Təyyarəni vurma əmrinə görə
-
Bu hallarda vəsiqənizdən məhrum ola bilərsiniz - Sürücülərin NƏZƏRİNƏ
-
Hacıqabul gölünə su kanalı çəkiləcək - VİDEO
-
“Aston Villa“ UEFA Avropa Liqasının qalibi oldu - VİDEO
-
53 yaşlı Defne Samyelinin bədən quruluşu diqqət çəkdi - Fotolar
-
Yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var
-
“Ermənistanın son hərəkətləri Rusiya ilə müttəfiqlik ruhuna uyğun gəlmir“ - Şoyqu
-
Trampdan Putin-Si Cinpin görüşünə reaksiya - “Hər ikisi ilə dil tapıram”
-
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - Açıqlama
-
Növbəti kimdir? - “Qarabağ”dan anons (VİDEO)
-
Avropada və Azərbaycanda qatar biletlərinin qiyməti - SİYAHI
-
“Son zəng” adı altında pul yığımı iddiaları: Təhsil ocağında qanun pozuntusu varmı?”
-
Dünya “cəngəllik qanunları”na qayıdış təhlükəsi ilə üz-üzədir - Si Cinpin
-
İcra başçısı kölgədə, kənd sakinləri isə günəşin altında... - Fotolar
-
Moskvada anomal istilər - 129 illik rekord yeniləndi
-
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov... - 5 milyonluq qalmaqalı iş
-
Elmi-tədqiqat üçün bu ölkəyə Azərbaycandan 5 diri heyvan göndərilib - Dəyəri 213 min manatdır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək - ADY
-
AZTV-nin keçmiş əməkdaşı Naxçıvani haqqında film çəkəcək - 648 minlik sifariş
-
IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir - Leyla Əliyeva
-
Müəllimlər üçün mühüm xəbər: Prosesə start verildi
-
Bakının mərkəzində bu küçələr bağlanır - Maşınların girişi qadağan ediləcək
-
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq - Tam siyahı
-
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
-
Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - RƏSMİ
-
Elvinin “Qarabağ”ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır?
-
İyul çağırışçıları və ehtiyata buraxılan əsgərlərlə bağlı - Sərəncam
-
Qanunsuz evlərə sənəd veriləcək? - Mikayıl Cabbarov açıqladı
-
Avropa Rusiya ilə danışıqlar aparacaq namizədləri müzakirə edir - “Financial Times“
-
Neçə nəfər atalıq məzuniyyətindən istifadə edib? - STATİSTİKA
-
Bu rayonlarda yaşayanlar daha yüksək maaş alırlar - Digər bölgələrdə vəziyyət necədir?
-
Sabiq deputatın həbsdəki yeri dəyişdi - Komitə sədrinin qardaşı ilə davadan sonra
-
MEDİA rəhbəri D-8-in Baş katibi ilə görüşdü - FOTOLAR
-
Dövlət qurumunun həyətindən ekskavator qaçırılıb - Təfərrüat
-
NATO Avropadakı ABŞ hərbçilərinə əvəzləyici axtarır - “Politico“
-
“Pulu xırdala” bəhanəsi ilə dələduzluq - Vətəndaşlara çağırış
-
Saleh Səmədov 200 min manat mənimsəyibmiş - Məhkəmə
-
ABŞ-ın müdaxiləsi qanlı qırğına səbəb olacaq - Kuba prezidenti
-
Yelo Bankda kreditlərdən “şapka” alan Vüqar kimdir? - Anar Həsənovun nəzərinə...
-
Şəmkirdə faciə: iki nəfər uçqun altında qaldı, biri öldü
-
Bu il Azərbaycanda işsizlərin sayı nə qədər artıb? - Rəsmi məlumat
-
Amnistiya yeni qanunsuz tikintilər doğura bilər - Nazir xəbərdarlıq etdi
-
Hamlet Musayevin qızı həbsdən azad edildi - Dələduzluqda ittiham edildirdi
-
Bakı-Tbilisi-Bakı reysləri bu qatarı ilə həyata keçiriləcək - FOTOLAR
-
“ABŞ-ın İranla münaqişəyə qayıtması “bir çox sürprizlər“ gətirəcək“ - Əraqçi
-
Kredit gecikməsinə görə 100-dən çox tanışına zəng etdilər - Video
-
Si Cinpinlə Vladimir Putin Pekində görüşdü - VİDEO
-
Bazarlarda nübarlıq meyvələrin son qiymət - VİDEO
TOP 10
ARXİV






