“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İki gün maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Tarix 08.12.25, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


“Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 - 10 dekabr tarixlərində M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur”.

AzFakt.com xəbər verir ki, bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. 

Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. 

“Dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri dekabrın 8-də müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq. 

Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal  dekabrın 6-da baş vermiş tac kültə atılması hesabına 10 dekabr tarixində də davam edəcək”. 

Məlumatda həmçinin qeyd olunub ki, sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap